Binəqədi Rayon İcra Hakimiyyəti və 1 saylı Bakı “ASAN xidmət” mərkəzin birgə təşkilatçılığı ilə Heydər Əliyev adına istirahət parkında 15 iyun – Milli Qurtuluş Gününə həsr olunmuş “Qurtuluşdan Zəfərə” adlı konsert proqramı həyata keçirilmişdir.
Bineqedi.com saytı xəbər verir ki, tədbirdə Binəqədi Rayon İcra Hakimiyyəti başçısının müavini Sevinc Süleymanova, BRİH başçısı Aparatının İctimai-siyasi və humanitar məsələlər şöbəsinin müdiri Nicat Allahverdiyev və şöbənin əməkdaşları, 1 sayli Bakı “ASAN xidmət” mərkəz direktoru Kamil Baxşaliyev, 1 saylı Bakı “ASAN xidmət” mərkəz direktor müavini Anar Məmmədov, Azərbaycan Respublikasının Prezidenti yanında Vətəndaşlara Xidmət və Sosial İnnovasiyalar üzrə Dövlət agentliyinin İnsan resusları və təlim şöbəsi könüllülərlə iş sektor müdiri Əsli İbrahimli rayon ictimaiyyətinin nümayəndələri, “ASAN Könüllüləri” təşkilatının sədri Emiliya Bayramova, “Asan xidmət” mərkəzinin könülləri və Binəqədi rayon sakinləri iştirak etdilər.
Tədbirdə çıxış edən Sevinc Süleymanova və Əsli İbrahimli qonaqları, proqram iştiakçılarını 15 İyun- “Milli Qurtuluş Günü” münasibətilə təbrik etdikdən sonra Azərbaycanın müqəddəratının həll edildiyi ən ağır günlərdə üzləşdiyi çətinliklərdən xilas olmasının, vətəndaş qarşıdurmasının aradan qaldırılmasının, ictimai-siyasi sabitliyin və inkişafın təmin olunmasının, ölkəmizin dünya birliyində layiqli yer tutmasının məhz Ümummilli Lider Heydər Əliyevin yenilməz iradəsi, öz xalqı qarşısında misilsiz fədakarlığı sayəsində mümkün olması barədə danışdılar. Həmçinin qeyd etdilər ki, 1993-cü il iyunun 15-i Azərbaycan tarixinə Milli Qurtuluş Günü kimi daxil oldu və məhz həmin gün dövlətçiliyimiz yox olmaq təhlükəsindən xilas edildi.
Tədbirin bədii hissəsində 1 saylı Bakı “ASAN xidmət” könüllüləri tərəfindən musiqili nömrələr təqdim olunmuşdur. Belə ki, məzun könüllü Murad Hüseynlinin ifasında “Vətən balladası”, “Ay qız” və “Aman tello”, “Mədəniyyət Carçısı” proqramının rəqs qrupu tərəfindən – “Naz eləmə” və ”nəlbəki” milli rəqsləri, həmçinin digər qrup üzvləri tərəfindən saksafon və skripka, tar, kamança, nağara, kanon alətlərində xanəndə ilə birgə ifalar və xor konsert proqramı iştirakçılarına təqdim olunmuşdur.
Sonda proqram çərçivəsində göstərdiyi fəallığa görə bir qrup gənclər təltif edilmiş və xatirə fotosu çəkilmişdir.
Bineqedi.com




