Bakının Binəqədi rayonunda bıçaqlanma hadisəsi baş verib.
Bineqedi.com saytı apa-ya istinadla xəbər verir ki, hadisə Azadlıq prospektində şadlıq evinin qarşısında qeydə alınıb.
Ələkbətov Alik Sərvər oğlu küçədə tanımadığı şəxsin hücumuna məruz qalıb. O bıçaq xəsarəti alaraq xəstəxanaya yerləşdirilib.
Faktla bağlı Binəqədi Rayon Polis İdarəsinin 5-ci Polis Bölməsində araşdırma aparılır.

















