Azərbaycan Respublikası Daxili İşlər Nazirliyinin Əlahiddə Çevik Polis Alayının 2-ci patrul bölüyünün təşkilatçılığı, Binəqədi Rayon İcra Hakimiyyətinin əməkdaşlarının, Vətən müharibəsi qazilərinin iştirakı ilə müqəddəs Qurban bayramı münasibətilə “Azərbaycan Uşaqları” İctimai Birliyi Uşaq Sığınacağı Reinteqrasiya Mərkəzində məskunlaşan valideyn himayəsindən məhrum olmuş uşaqları sevindirmək, onlara dəstək olmaq və bayramlarını daha yaddaqalan etmək məqsədilə bayram tədbiri keçirilmiş və tədbir iştirakçıları balacaları öz diqqət qayğıları ilə sevindirmişlər.
Bineqedi.com saytı xəbər verir ki, tədbir çərçivəsində “Azərbaycan Uşaqları” İctimai Birliyi Uşaq Sığınacağı Reinteqrasiya Mərkəzinin uşaqları üçün bayram süfrəsi ətrafında əyləncəli şou-proqram təşkil olunmuş və xatirə hədiyyələri təqdim edilmişdir.
Bineqedi.com



