25 iyul şəhid Ağayev Ramiz İmamverdi oğlunun dünyaya göz açdığı gündür.
Bineqedi.com xəbər verir ki, bununla əlaqədar şəhidin ailə üzvləri, yaxınları, Binəqədi Rayon İcra Hakimiyyəti başçısı Aparatının Vətən müharibəsi iştirakçıları və şəhid ailələri ilə iş şöbəsinin əməkdaşı Füzuli Mehrabzadə, BRİH başçısı Aparatının Biləcəri qəsəbə inzibati ərazi dairəsi üzrə nümayəndəsi Namil Məmmədov və digər əməkdaşlar şəhidin xatirəsini ehtiramla yad etdilər, məzarı üstünə gül dəstələri düzdülər.
Uca Tanrıdan vətənimizin azadlığı, müstəqilliyi, ərazi bütövlüyü uğrunda canını fəda etmiş Şəhidlərimizə rəhmət diləyirik!
Bineqedi.com