Azərbaycanda əmək pensiyalarının minimum və orta aylıq məbləği 433,3 manata yüksəlib

0
98
pensiya-manat

“Bu il Azərbaycanda əmək pensiyalarının minimum və orta aylıq məbləği 433,3 manata yüksəlib”.

Bineqedi.com xəbər verir ki, bunu Dövlət Sosial Müdafiə Fondunun (DSMF) sədri Himalay Məmişov qurumun 6 aylıq hesabatı ilə bağlı keçirilən brifinqdə çıxışı zamanı deyib.

O bildirib ki, hesabat dövründə yaşa görə əmək pensiyasının orta aylıq məbləği 466,1 manata yüksəlib: “Keçən illə müqayisədə 16.4 faizlik artım qeydə alınıb. Əvəzetmə əmsalı isə 47.2 %-ə çatıb”.

Bu ilin yanvar-iyun aylarında 1991-1997-ci illərdə hərbi xidmətlə bağlı xəsarət almış 17 234 şəxsə proaktiv formada birdəfəlik ödəniş təyin edilib.

Onun sözlərinə görə, cari il ərzində 362 nəfərə həmin ödəniş təyin olunub və bu ödənişlərin verilməsi üçün 109,9 milyon manat sərf edilib.

 

 

Əvvəlki məqaləNazirlərin avqust ayına olan vətəndaş qəbulu açıqlandı
Növbəti məqalədəBinəqədidə şəhid Ramiz Ağayevin xatirəsi yad edilib