Binəqədidə əks yola çıxan sürücü təhlükəli anlar yaşatdı – VİDEO

0
107
polis-masini-hebs-cinayet

Binəqədi-Balaxanı yolunda təhlükəli anlar yaşanıb.

Bineqedi.com saytı xəbər verir ki, bu barədə Daxili İşlər Nazirliyinin Baş Dövlət Yol Polisi İdarəsinin Hərəkətin Təhlükəsizliyinin Təbliği və İctimai Qurumlarla Əlaqə şöbəsinin rəisi, polkovnik-leytenant Rövşən Tağıyev paylaşım edib.

O bildirib ki, “KIA Rio” markalı 77-EE-824 dövlət nömrə nişanlı avtomobilin sürücüsü maşını əks istiqamətli hərəkət zolağına çıxararaq, digər hərəkət iştirakçıları üçün təhlükə yaradıb:

“Sürücü T.Paşayev DYP əməkdaşları tərəfindən aşkar edilib. O, İnzibati xətalar Məcəlləsinin 327.4 maddəsi ilə inzibati məsuliyyətə cəlb edilib”.
Əvvəlki məqalə“Azərsu” ASC-nin üç ay əvvəl qazdığı quyuya indi uşaqlar düşürlər – FOTO/VİDEO
Növbəti məqalədəBir ildir ki, bazarda aldadılan vətəndaş evsiz qalıb – FOTO