Bir ildir ki, bazarda aldadılan vətəndaş evsiz qalıb – FOTO

0
92
bineqedi-rayon-polis-idaresi-43-polis-bolmesi-qirxucuncu1

Vətəndaş Dərnəgül yolunda yerləşən tikinti və inşaat materialları bazarında aldadılıb.

Bineqedi.com saytı xəbər verir ki, bu barədə oxu.az-a müraciət edən Mirismayıl Rzayev bildirib.

Onun sözlərinə görə, bir ildir ki, onu aldadanlar tapılmır:

“Bir il əvvəl ev tikmək üçün bazardan inşaat materialları almaq üçün 3500 manat pul verdim. Amma materialları təhvil vermədilər. Ötən ilin sentyabr ayında Binəqədi Rayon Polis İdarəsinin 43-cü Polis Bölməsinə şikayət ərizəsi yazdım.

Məsələ ilə bağlı cinayət işi açıldı. Amma müstəntiq Emin Musayev işlə maraqlanmadı. Daha sonra onunla polis bölməsində görüşdüm. Mənə bildirdi ki, əməli törədən adamı tapmadığı üçün işi rədd edib. İndi bilmirəm necə edim ki, yarımçıq qalan evimi tikdirib, kirayələrdən çıxım”.

Məsələ barədə Daxili İşlər Nazirliyi ilə əlaqə saxladıq.

DİN-in Mətbuat Xidmətinin əməkdaşı, polis mayoru Anar Qafarov cavab olaraq bildirib ki, vətəndaşın şikayəti əsasında Binəqədi Rayon Polis İdarəsinin 43-cü Polis Bölməsində araşdırma aparılıb:

“Zərərçəkənin izahatı alınıb. Toplanmış material daha sonra Binəqədi Rayon Polis İdarəsinin İstintaq Şöbəsinə göndərilib. Faktla bağlı Cinayət Məcəlləsinin müvafiq maddəsi ilə Cinayət işi başlanılıb. Hazırda zəruri istintaq hərəkətləri davam etdirilir”.

Əvvəlki məqaləBinəqədidə əks yola çıxan sürücü təhlükəli anlar yaşatdı – VİDEO
Növbəti məqalədəBinəqədi rayonu ərazisində ağır yol-nəqliyyat hadisəsi – Fotolar