Hikmət Abbasov işdən çıxarıldı

0
191

Fövqəladə Hallar Nazirliyinin Dövlət Yanğından Mühafizə Xidmətinin rəisi daxili xidmət general-mayoru Hikmət Abbasov işdən çıxarılıb.

Bineqedi.com saytı qafqazinfo.az-ya istinadən xəbər verir ki, bununla bağlı fövqəladə hallar naziri general-polkovnik Kəmaləddin Heydərov tərəfindən dünən əmr imzalanıb.

Qeyd edək ki, son günlər bir çox rayonların Dövlət Yanğından Mühafizə Xidmətinin rəisləri də tutduqları vəzifələrdən azad olunublar.

Əvvəlki məqaləBinəqədidə 31 yaşlı kişini avtomobil vurub
Növbəti məqalədəBinəqədi rayonunun bir hissəsində qaz təchizatı dayandırılacaq