Binəqədidə 31 yaşlı kişini avtomobil vurub

0
168
tecili-yardim

Bakının Binəqədi rayonunda piyadanın xəsarət alması ilə nəticələnən yol-nəqliyyat hadisəsi baş verib.

Bineqedi.com-un məlumatına görə, avtomobil yolu keçən 1992-ci il təvəllüdlü Məmmədov Səbuhi Ramil oğlunu vurub. Yaralı təcili tibbi yardımın köməkliyi ilə xəstəxanaya çatdırılıb və həkim nəzarətinə götürülüb.

Hadisənin təfərrüatı araşdırılır.

Əvvəlki məqaləBu tibbi xidmətlərin qiyməti artdı – Siyahı
Növbəti məqalədəHikmət Abbasov işdən çıxarıldı