Binəqədidə yük və minik avtomobilləri toqquşdu

0
175

Bakının Binəqədi rayonunda yol-nəqliyyat hadisəsi baş verib.

Bineqedi.com saytı apa-ya istinadən xəbər verir ki, qəza Biləcəri qəsəbəsi, M.Mikayılov küçəsində qeydə alınıb.

Belə ki, idarəetməni itirən BMW markalı avtomobilin sürücüsü idarə etdiyi nəqliyyat vasitəsini yük maşınına çırpıb. Hadisə nəticəsində minik avtomobili yararsız hala düşüb.

Əraziyə polis əməkdaşları cəlb ediliblər. Hadisənin təfərrüatı araşdırılır.
Əvvəlki məqaləBinəqədidə şəhid Cavid Paşazadənin məzarı ziyarət olunub
Növbəti məqalədəErmənilər rusiyalı sülhməramlını döydülər – VİDEO