Binəqədidə şəhid Cavid Paşazadənin məzarı ziyarət olunub

0
178

Binəqədidə şəhid Paşazadə Cavid Telman oğlunun məzarı ziyarət olunub.

Bineqedi.com xəbər verir ki, şəhidin doğum günü münasibətilə ailə üzvləri, yaxınları, Binəqədi Rayon İcra Hakimiyyəti başçısının Xocəsən qəsəbə inzibati ərazisi üzrə nümayəndəsi Teyyub Abdullayev, Xocəsən qəsəbə bələdiyyəsinin sədri Nigar Məmmədova şəhidin xatirəsini ehtiramla yad etdilər, məzarı üstünə gül dəstələri düzüblər.

Qeyd edək ki, Paşazadə Cavid Telman oğlu 2001-ci ilin 27 avqustunda Sulutəpə qəsəbəsində zəhmetkeş bir ailədə dünyaya göz açmışdı. Orta təhsilini Şəhid Elşən Sultanov adına 217 nömrəli tam orta məktəbdə almışdı.

Şəhid Paşazadə Cavidin sonuncu döyüş yeri olan Xocavənddə azad olunmuş torpaqları qorumaq üçün saatlarla mübarizə aparıb, döyüşən dörd gəncdən biri Cavid olub. Onlar əzmlə canları bahasına ələ keçirdikləri postu verməmək üçün son ana qədər vuruşublar. Gənc əsgər uzun mübarizədən sonra 29 oktyabr da, bacısı Zeynəbin ad günündə Şəhidlik zirvəsinə ucalıb.
Azərbaycan Prezidenti İlham Əliyevin Sərəncamına əsasən ölümündən sonra şəhid əsgər Cavid Paşazadə “Vətən uğrunda” medalı ilə təltif edilib.
Bineqedi.com
Əvvəlki məqaləFransa heç bir konkret nəticəyə nail ola bilməyəcək
Növbəti məqalədəBinəqədidə yük və minik avtomobilləri toqquşdu