Cənubi Qafqaz rahat nəfəs ala bilər – Deputat yazır

0
85

Bu gün qondarma “Artsax” Respublikasının “prezidenti” Samvel Şahramanyan tabeliyində olan bütün “dövlət qurumları”nın və “təşkilatları”nın ləğv edilməsi və “Dağlıq Qarabağ” (“Artsax”) respublikasının buraxılması haqqında fərman imzalayıb.

Bununla da, 200 il əvvəl Qarabağda basdırılmış separatizm və qarşıdurma “minası”nın zərərsizləşdirilməsi, 100 ildən çox dünya erməniliyinin birlik və ideoloji “qalası”nın çöküşü, son 35 ildə Cənubi Qafqazı “qan gölü”nə çevirən, on minlərlə azərbaycanlının həyatına bais olan “terror yuvası”nın, xalqların iztirab və fəlakət mənbəyinin süqutu rəsmiləşdirildi.

Bu gün dünya erməniliyinin 1923-cü ildən bəri Qarabağı zorla Azərbaycandan qoparmaq üçün başlatdığı siyasi, ideoloji və informasiya müharibəsi tamamilə iflasa uğradı, bəşəriyyət xəstə “miatsum” ideologiyasından birdəfəlik qurtuldu.

Artıq Qarabağ, Azərbaycan və bütövlükdə, Cənubi Qafqaz rahat nəfəs ala bilər. Artıq Azərbaycanın liderliyi ilə azərbaycan, gürcü və erməni xalqları sülh, əmin-amanlıq, birgəyaşayış və inkişaf haqqında düşünə və birgə planlar hazırlaya bilərlər.

Əminəm ki, gözümüzün qarşısında yazılan bu qəhrəmanlıq səlnaməsinin müəllifinə, Cənubi Qafqazın, Mərkəzi Asiyanın və Şərqi Avropanın gələcəyini müsbətə doğru dəyişən proseslərin təşəbbüskarına, bu coğrafiyada yeni geosiyasi reallıqlar formalaşdırana, separatizmə və işğala qarşı mübarizənin uğur modelini yaradana- cənab İlham Əliyevə indiki və gələcək nəsil daim minnətdar olacaq.

Azərbaycan Ordusunun, Şəhid və Qazilərimizin tarix və insanlıq qarşısındakı misilsiz xidmətləri isə heç vaxt unudulmayacaq.

Milli Məclisin deputatı Azay Quliyevin Azərbaycanın Qarabağda guya “etnik təmizləmə” aparması ilə bağlı iddialara cavabı xarici mətbuatda dərc olunub.

Deputat “News day” nəşrində iddialara cavab verib.

Deputat bildirib ki, Azərbaycandan heç kim Qarabağdakı erməniləri bölgəni tərk etməyə məcbur etməyib: “Əksinə, əvvəldə qeyd etdiyim kimi, biz ardıcıl olaraq erməni sakinlərinin təhlükəsiz və ləyaqətli reinteqrasiyasına çağırış etmişik və Azərbaycan öz potensial vətəndaşlarının bu ərazidən kütləvi şəkildə tərk etməsində maraqlı deyil, ola bilməz, olmayacaq”.

Azay Quliyev  etnik təmizləmənin necə aparıldığına əmin olmaq istəyənlərə 30 il əvvəl real etnik təmizləməyə məruz qalmış bir milyona yaxın azərbaycanlının taleyinə nəzər salmağı tövsiyə edib.

Azay Quliyev,
8 saylı Binəqədi birinci Seçki Dairəsindən Azərbaycan Respublikası Milli Məclisinin deputatı
Əvvəlki məqaləPrezident İlham Əliyev və birinci xanım Mehriban Əliyeva Bakıda inşası davam etdirilən Zəfər parkında olublar – Video
Növbəti məqalədəQarabağdakı separatçı rejim özünü buraxdığını elan etdi