Binəqədidə zavoddan oğurluq edilib

0
2072
polis-bolmesi-dordundu-polis-bineqedi

Binəqədidə zavoddan oğurluq edilib.

Bineqedi.com xəbər verir ki, bu barədə Daxili İşlər Nazirliyinin (DİN) Mətbuat Xidməti məlumat yayıb.

Bildirilib ki, Binəqədi RPİ 4-cü Polis Şöbəsi əməkdaşlarının keçirdikləri əməliyyat tədbiri nəticəsində oktyabrın 31-də Biləcəri qəsəbəsi ərazisində yerləşən zavodun anbarından 3000 manat dəyərində naqil oğurlamaqda şübhəli bilinən Bakı şəhər sakini M.Tarıverdiyev saxlanılıb.

Oktyabrın 30-da səhər saatlarında Binəqədi rayonu ərazisindən Bakı şəhər sakini olan 1993-cü il təvəllüdlü bir nəfərin kəsilmiş-deşilmiş xəsarətlərlə xəstəxanaya gətirilməsi barədə polisə məlumat daxil olub. 

Bu barədə Daxili İşləri Nazirliyi (DİN) məlumat yayıb.

Binəqədi RPİ 4-cü Polis Şöbəsi əməkdaşlarının keçirdikləri əməliyyat tədbiri nəticəsində bu əməli törətməkdə şübhəli bilinən Bakı şəhər sakini, əvvəllər məhkum olunmuş 1990-cı il təvəllüdlü Mehman Kərimov müəyyən olunaraq saxlanılıb.

Faktla bağlı araşdırma aparılır.

Əvvəlki məqaləAzərbaycanın XİN başçısı Ermənistana çağırış edib: “Bakı İrəvanın unikal şansı qaçırmamasını gözləyir”
Növbəti məqalədəBinəqədidə Zəfər Günü münasibətilə ağacəkmə aksiyası keçirilib – Foto