Binəqədidə Zəfər Günü münasibətilə ağacəkmə aksiyası keçirilib – Foto

0
2412
Binəqədi Rayon İcra Hakimiyyətinin təşkilatçılığı ilə Binəqədi rayonunda yeni yaradılmış nümunəvi məhəllədə “Heydər Əliyev İli” çərçivəsində 8 Noyabr-Zəfər Gününə həsr olunmuş ağacəkmə aksiyası keçirildi.
Sakinlərin istifadəsinə verilən yenilənmiş nümunəvi həyət Binəqədi rayonu, S.S.Axundov küçəsi 8 və Ş.Məmmədova küçəsi 15 ünvanında 956 nəfər sakinin yaşadığı çoxmərtəbəli binaları əhatə edir.
Bineqedi.com-a verilən məlumata görə, tədbirdə Binəqədi Rayon İcra Hakimiyyətinin başçısı Elxan Allahverdiyev, millət vəkilləri- Azay Quliyev, Kəmaləddin Qafarov, Yeni Azərbaycan Partiyasının Binəqədi rayon təşkilatının sədri Vüsar İsmayılov, Rayon İcra Hakimiyyəti başçısının müavinləri, RİH başçısı Aparatının şöbə müdirləri və əməkdaşları, hüquq-mühafizə orqanlarının rəhbərləri, Rayon İcra Hakimiyyəti başçısının sahə inzibati ərazi dairəsi üzrə nümayəndələri, Binəqədi bələdiyyəsinin, Rayon Mənzil-Kommunal Təsərrüfat Birliyinin əməkdaşları, gənclər və rayonun digər ictimai fəalları iştirak edirdilər.
Sakinlərin istək və maraqları nəzərə alınaraq, həyətdə yeni işıqlandırma dirəkləri, söhbətgahlar, idman qurğuları və çoxfunksiyalı uşaq əyləncə kompleksləri quraşdırılıb, əraziyə bitişik obyektlərin fasadları təmir olunub, asfalt örtüyü yenilənib.
Həyətin ərazisindəki mövcud yaşıllıqların bərpası ilə yanaşı, 200 ədəd müxtəlif cinsli ağaclar əkilib, 6100 kv. metr ərazidə abadlıq işləri aparılıb.
Bineqedi.com
May be an image of 8 people and treeMay be an image of 8 people, tree and text
Əvvəlki məqaləBinəqədidə zavoddan oğurluq edilib
Növbəti məqalədəBinəqədidə Vətən müharibəsi şəhidi Nihad Rzaxanovun xatirəsi anılıb