Azay Quliyev seçicilərilə görüşüb – FOTO

0
1831

Deputat Azay Quliyev Süleyman Sani Axundov  küçəsi, 1, 1v, 1b, 1q, 2a, 2q, 3, 3a, 3b, 4a, 5, 5v, 11 və 11a saylı binaların həyətində seçiciləri ilə görüş keçirib.

Bineqedi.com xəbər verir ki, qəbulda seçicilər onları narahat edən məsələləri, o cümlədən binaların qazlaşdırılması və istiliklə bağlı problemləri deputatın diqqətinə  çatdırıblar. Görüşdə iştirak edən mərkəzi və yerli icra hakimiyyət orqanlarının nümayəndələri, o cümlədən rayon bələdiyyəsinin rəhbəri seçicilərin qaldırdığı məsələlərin həlli ilə bağlı konkret qərarlar qəbul ediblər.

Deputat vətəndaşları narahat edən digər məsələlərin də araşdırılıb həlli ilə bağlı müvafiq addımların atılacağını bildirib.

Görüşdə Binəqədi bələdiyyəsinin sədri Mürsəl Eminov iştirak edib.

Əvvəlki məqaləBinəqədidə şəhid Əkrəm Şadmanovun qırx mərasimi keçirilib – Foto
Növbəti məqalədəXalq şəhidlərini ziyarət edir – Fotolar