Xalq şəhidlərini ziyarət edir – Fotolar

0
1174

8 Noyabr – Zəfər Günü ilə əlaqədar İkinci Şəhidlər xiyabanı ziyarət olunub. 

Bineqedi.com saytı trend-ə istinadən xəbər verir ki, səhər saatlarından etibarən vətəndaşlar, dövlət rəsmiləri və digər şəxslər İkinci Şəhidlər xiyabanını ziyarət ediblər.

Bakıda və bölgələrdə torpaqlarımızın azadlığı uğrunda canından keçən qəhrəman oğullarının xatirəsini yad edilib, məzarları üstə qərənfillər düzülüb.

Xatırladaq ki, 2020-ci ilin noyabrın 8-də Azərbaycan xalqı üçün böyük əhəmiyyət kəsb edən və rəmzi məna daşıyan Şuşa şəhəri Ermənistan işğalından azad edilib. Azərbaycanın hərbi sahədə qazandığı qələbələr, xüsusilə Şuşanın düşmən işğalından qurtarılması müharibənin taleyində həlledici rol oynayıb. Azərbaycan Respublikasının Prezidenti İlham Əliyevin 2020-ci il 3 dekabr tarixli Sərancamı ilə hər il noyabrın 8-i Azərbaycan Respublikasında Zəfər Günü kimi təntənəli şəkildə qeyd edilməsi qərara alınıb.

 










Əvvəlki məqaləAzay Quliyev seçicilərilə görüşüb – FOTO
Növbəti məqalədəBinəqədidə Zəfər Gününə həsr olunmuş tədbir keçirilib – Foto – Video