8 avtomobildən oğurluq edən şəxs saxlanıldı

0
2102
altinci-polis-bolmesi

Bakıda avtomobillərdən oğurluq edən şəxs saxlanılıb.

Bineqedi.com saytı xəbər verir ki, Daxili İşlər Nazirliyindən verilən məlumat görə, Binəqədi RPİ 6-cı Polis Bölməsi əməkdaşlarının daxil olan məlumatlar əsasında keçirdikləri tədbir nəticəsində müxtəlif vaxtlarda Biləcəri qəsəbəsi ərazisində 8 avtomobildən mobil telefon oğurlamaqda şübhəli bilinən Bakı şəhər sakini, əvvəllər məhkum olunmuş Eldəniz Mehrəliyev saxlanılıb.

Ondan heroin aşkar olunaraq götürülüb.

Araşdırma aparılır.

Əvvəlki məqaləBinəqədidə sürücülərin mübahisəsi bıçaqlanma ilə nəticələndi – FOTO
Növbəti məqalədə7-ci mikrorayonda baş verən yanğın həyəcana səbəb oldu – Video