Bakının Binəqədi rayonu 7-ci mikrorayon ərazisində yanğın hadisəsi baş verib.
Bineqedi.com saytı xəbər verir ki, şahidlərin sözlərinə görə, yanğın qaynaq işləri aprılan zaman başlayıb. Avtomobil təmiri sexinin arxa hissəsində aparılan qaynaq işləri zamanı yaranan qığılcımların əvvəlcə şam ağacına, sonra isə ətrafa yayıldığı bildirilir. Başlayan yanğın daha sonra yaxınlıqdakı mini-futbol meydançasına və avtomobil təmiri sexinə keçib. Fövqəladə Hallar Nazirliyinin Binəqədi Rayon Dövlət Yanğından Mühafizə Bölməsi əməkdaşlarının operativliyi və peşəkarlığı nəticəsində yanğının qısa müddət ərzində daha geniş əraziyə yayılmasının qarşısını alıb. Onu da qeyd edək ki, yaxınlıqdakı mini-futbol meydançasında uşaq idman məktəbi fəaliyyət göstərir. Baş verən yanğın övladları bu məktəbə məşqə gəlmiş valideynlərin həyəcanına səbəb olub. Xoşbəxtlikdən hadisə nəticəsində xəsarət alan olmayıb.
Bineqedi.com saytı yanğın baş verən anda çəkilmiş videogörüntünü təqdim edir.