Məktəblərdə qızılca ilə bağlı vəziyyət necədir? – Nazir açıqladı

0
2086
emin-emrullayev-tehsil-naziri

“Məktəblərdə qızılca ilə bağlı prosesi biz də izləyirik”.

Bineqedi.com xəbər verir ki, bunu elm və təhsil naziri Emin Əmrullayev bu gün keçirdiyi brifinqdə bildirib.

O qeyd edib ki, bunun bir hissəsi Gigiyena və Epidemiologiya Mərkəzi tərəfindən təsdiqlənən hallardır: “Digər statistika isə rəsmi olmayan statistikadır. Biz hazırda şayiələr və faktlar arasında qalmışıq. Bizim üçün əsas Gigiyena və Epidemiologiya Mərkəzindən verilən məlumatdır. Hazırda əksər məktəblərimizdə ciddi problem yoxdur. Məktəb direktorlarından gələn rəqəmlər var, lakin bu hallar təsdiq olunmalıdır”.

Əmrullayevin sözlərinə görə, qızılca xəstəliyində diaqnozun qoyulmasını gözləmək vacibdir: “Biz həm regional idarələr, həm səhiyyə orqanları ilə birgə prosesi izləyirik. Hazırda hansısa müəssisədə qapanmaya getməyi planlaşdırmırıq. Əgər təhlükəli yerlər olarsa, hansısa məktəbi 1-2 həftəlik distant təhsilə keçirə, qapanmalara gedə bilərik. 3-4 min uşağa ölüm halı ola bilir. Ona görə də peyvənd olunaraq, bu xəstəlikdən qorunmaq olar. Hazırda ciddi təlaş yaradacaq məqamlar yoxdur”.

“Elm və Təhsil Nazirliyi hər hansı məsələnin ört-basdır edilməsini istəmir. Amma suallar aidiyyəti üzrə yönləndirilməlidir”.

Nazirin sözlərinə görə, bəzən mətbuatda məsələ araşdırılmamış yekun qərar verilir: “Məsələnin dəqiqləşdirilməsini və nəticəni gözləməyi tövsiyə edirəm. Ən azından etik prinsipləri qorumalıyıq. Çünki bu, çox vacib məsələdir. Hadisə baş veribsə, mütləq araşdırılmalıdır və bunun üçün vaxt lazımdır. Həmin vaxt müddətində jurnalistlər peşəkar etik qaydalara əməl etsə yaxşı olar”.

“Tədris ili bitməmiş imtahan keçirilməsi təcrübəsi dünyanın bir çox ölkəsində var. Bunu biz fikirləşməmişik”. 

Hansısa keçilməyən mövzunun imtahana düşməməsi ilə bağlı isə nazir qeyd edib ki, qiymətləndirmə şagirdin bacarıqlarını ölçür: “Burada ayrı-ayrı hallarda həqiqət payı ola bilər. Konkret hal olarsa, o barədə danışa bilərik”.

“Şagird davranış qaydalarının tətbiqi müsbət haldır, çünki istinad mənbəyimiz var. Əvvəllər bu, yox idi”.

Nazir qeyd edib ki, bunun bəzi mənfi tərəfləri də var:

“Misal üçün, qaydalar olsa da, iki şagird dava etməyəcək deyə bilmərik. Sadəcə, belə hal olanda direktor nə edəcəyini biləcək. Bir çox hallarda davranış mədəniyyəti məsələsi də gündəmə gəlir. Onu da qeyd edim ki, bəzi məktəblərdə qaydaların icra olunması ilə bağlı problemlər müşahidə edirik. Bu zaman məsələni inzibati qaydada həll etməli oluruq”.

E.Əmrullayev əlavə edib ki, hazırda layihə pilot olaraq 300 məktəbdə həyata keçirilir, bu sayın növbəti il üçün 500-ə çatdırılması planlaşdırılır.

Elm və təhsil naziri Emin Əmrullayev ötən gün səsləndirdiyi “Əvvəl etdiyimiz səhvləri Qarabağ Universitetində etməyəcəyik” ifadəsinə aydınlıq gətirib.

O qeyd edib ki, əvvəl etmədiyimiz və ya düzgün etmədiyimiz hallar olub: “Bura müəllimlərin işə qəbulu və digər hallar aiddir. Qarabağ Universitetində müəllimləri işə götürəndə düzgün, şəffaf qaydada götürək. Doktorant tələbə ilə rəhbəri arasında əlaqələr daha düzgün qurulsun və sair”.

“Növbəti tədris ilindən Qarabağ Universitetində 800-1000 tələbə tədris ala biləcək”.

Nazir qeyd edib ki, orada 2-3 min tələbənin təhsil alması üçün imkan var: “Xankəndidəki Qarabağ Universitetinin yenidən fəaliyyətə başlaması elm işçilərinə bir imkandır və hər kəs üçün qürurverici xəbərdir. İlk mərhələdə 4 fakültənin açılması nəzərdə tutulub.

Müəllimlərin bir qismi Xankəndidə kampuslarda qalacaq. Onlar növbəli şəkildə gedib orada təhsil verəcəklər. Orada birinci kursa qəbulu planlaşdırırıq”.

Elm və təhsil naziri Emin Əmrullayev ABŞ-də təhsil alan gənclərin casusluq etməsi iddiaları ilə bağlı sualı cavablandırıb.

“Mətbuatda “Amerikada oxuyanların hamısı agentdir” deyə bir fikir yoxdur. Dövlət proqramı ilə bu günə qədər də ABŞ-də təhsil alan tələbələrimiz var. Əgər onlar təhsil alırsa, biz onların təhsilini dəstəkləyirik”, – deyə Emin Əmrullayev qeyd edib.

“Biz həm regional idarələr, həm səhiyyə orqanları ilə birgə prosesi izləyirik, məlumatları toplayırıq. Hazırda əlimizdə olan məlumatlara əsaslansaq, hansısa müəssisədə qapanmaya getməyi planlaşdırmırıq”. 

Məktəblərdə qızılca xəstəliyinin yayılmasına münasibət bildirən nazir əlavə edib ki, hazırda ciddi təlaş yaradacaq məqamlar yoxdur:

“Əgər təhlükəli yerlər olarsa, hansısa məktəbi 1-2 həftəlik distant təhsilə keçirə, qapanmalara gedə bilərik”.

Əvvəlki məqaləBinəqədidə yaşayış binasında yanğın – Video
Növbəti məqalədəVətəndaş pensiya yaşına çatmasa… – Yığılan kapitalın aqibəti necə olur? – FOTO