Binəqədidə Gənclər Gününə həsr edilmiş tədbir keçirildi – Foto

0
4337

Binəqədi Rayon İcra Hakimiyyətində və Bakı Humanitar Kollecində 2 Fevral-Azərbaycan Gəncləri Gününə həsr olunmuş tədbirlər keçirilib.

Bineqedi.com xəbər verir ki, Binəqədi Rayon İcra Hakimiyyətində keçirilən tədbirdə Binəqədi Rayon İcra Hakimiyyəti başçısı Elxan Allahverdiyev, Rayon İcra Hakimiyyəti başçısının I müavini Hacıbaba Babayev, müavin Sevinc Süleymanova, Aparatın İctimai-siyasi və humanitar məsələlər şöbəsinin müdiri Nicat Allahverdiyev və elm, mədəniyyət, təhsil, səhiyyə, hərbi, ictimai, elmi-pedaqoji fəaliyyətdə və digər sahələrdə fərqlənən rayon gəncləri iştirak edib.

Binəqədi Rayon İcra Hakimiyyətinin başçısı Elxan Allahverdiyev gəncləri Gənclər Günü münasibətilə təbrik edərək qeyd edib ki, gənclərlə bağlı dövlət siyasətinin formalaşdırılması və həyata keçirilməsi Azərbaycan xalqının ümummilli lideri Heydər Əliyevin adı ilə bağlıdır. Ümummilli lider Heydər Əliyev hər zaman gənclərimizə böyük ümidlər bəsləyib, çıxışları zamanı və keçirdiyi görüşlərdə dəfələrlə qeyd edib ki, Azərbaycanın parlaq gələcəyi müasir düçüncəli gənclərin əlindədir. Dövlətin gənclər siyasəti bu gün Ümummilli Liderin layiqli davamçısı Prezident İlham Əliyev tərəfindən yeni inkişaf mərhələsinə qədəm qoyub. Gənclərin hərtərəfli inkişafı, mükəmməl təhsil alması müxtəlif sahələr üzrə potensiallarının aşkar edilməsi, bacarıqlarının stimullaşdırılması üçün münbit şərait yaradılıb. Azərbaycan gəncliyi ictimai həyatın bütün sahələrində fəal iştirakı ilə seçilir. Azərbaycanda həyata keçirilən gənclər siyasəti gənc nəslin hərərəfli inkişafı üçün şərait yaratmaqla yanaşı, onları vətənpərvər ruhda formalaşdırıb. Bu baxımdan 44 günlük Vətən müharibəsində əldə etdiyimiz Zəfərimiz Azərbaycan gəncinin vətənpərvərliyini, gücünü, əzmini bütün dünyaya nümayiş etdirdi.

Görüşün sonunda rayonun ictimai həyatında fərqlənən bir qrup gəncə Fəxri Fərman və mükafatlar təqdim olundu.

Bakı Humanitar Kollecində Gənclər Gününə həsr olunmuş tədbirdə Binəqədi Rayon İcra Hakimiyyəti başçısının müavini Sevinc Süleymanova, millət vəkili Səbinə Xasayeva, Rayon İcra Hakimiyyəti başçısı Aparatının İctimai-siyasi və humanitar məsələlər şöbəsinin müdiri Nicat Allahverdiyev və şöbənin əməkdaşları, Yeni Azərbaycan Pariyası Binəqədi rayon təşkilatının sədr müavini Sevinc Abdullayeva, Kollecin direktoru Nərmin Qaralova, müəllimlər və gənclər iştirak edib.

Tədbir iştirakçıları əvvəlcə tələbələrin əl işlərindən ibarət sərgi ilə tanış olublar.

Tədbirdə Azərbaycan xalqının ümummilli lideri Heydər Əliyevin və torpaqlarımızın azadlığı, müstəqilliyi, suverenliyi uğrunda şəhid olmuş qəhrəmanlarımızın əziz xatirəsi bir dəqiqəlik sükutla yad edilib, Dövlət Himni səslənib.

Çıxış edənlər gəncləri təbrik edərək qeyd etdilər ki, bu əlamətdar tarixi gün gənclərə həmişə böyük diqqət və qayğı ilə yanaşan, onların problemlərinin həlli istiqamətində həyata keçirilən tədbirlərə xüsusi önəm verən, bu siyasəti müasir müstəqil Azərbaycan dövlətinin fəaliyyətinin ən mühüm istiqamətlərindən biri kimi dəyərləndirən ümummilli lider Heydər Əliyevin adı ilə bağlıdır. Bu gün ölkəmizdə gənclər siyasəti mahiyyət və keyfiyyətcə yeni mərhələsini yaşayır. Prezidenti İlham Əliyev tərəfindən bu ali diqqət və qayğını daim öz üzərində hiss edən Azərbaycan gəncliyi göstərilən etimadı layiqincə doğrultmağa çalışır. Prezident İlham Əliyevin “Mənim gənclərə xüsusi münasibətim var, mənim ürəyim sizinlədir. Siz bütün işlərdə mənə arxalana bilərsiniz. Mən də sizə arxalanıram” – sözləri Azərbaycan dövlətinin gənclərə etimadının, gənclərin isə ölkə başçısına məhəbbətinin və dəstəyinin bariz nümunəsidir.

Tədbirin bədii hissəsində Bakı Humanitar Kollecinin gənc müəllimlərinin və tələbələrinin ifasında gözəl musiqi nömrələri, şeirlər ifa edildi.

Bineqedi.com





Əvvəlki məqaləVəfat edən şəxsin pensiya kapitalı ailəsinə verilə bilər? – AÇIQLAMA
Növbəti məqalədəEglence ve Kazancin Dunyasina Glory Casino, Casino Glory, Glorycasino, CasinoGlory ile Giris