Bakıda ev qarət olunub.
Bineqedi.com saytı xəbər verir ki, Daxili İşlər Nazirliyindən verilən xəbərə görə, Sulutəpə qəsəbəsində evlərin birindən 1000 manat pul və 4000 manat dəyərində qızıl-zinət əşyaları oğurlanıb.
Binəqədi rayon Polis İdarəsinin 40-cı Polis Bölməsi əməkdaşlarının keçirdikləri tədbirlərlə oğurluqda şübhəli bilinən Şamaxı rayon sakini, əvvəllər oğurluğa görə məhkum olunmuş Rəşad Əhmədov saxlanılıb.
Araşdırma aparılır.