Sulutəpədə evdən 5 minlik qızıl oğurlandı

0
1942
bineqedi-polis-bolmesi

Bakıda ev qarət olunub.

Bineqedi.com saytı xəbər verir ki, Daxili İşlər Nazirliyindən verilən xəbərə görə, Sulutəpə qəsəbəsində evlərin birindən 1000 manat pul və 4000 manat dəyərində qızıl-zinət əşyaları oğurlanıb.

Binəqədi rayon Polis İdarəsinin 40-cı Polis Bölməsi əməkdaşlarının keçirdikləri tədbirlərlə oğurluqda şübhəli bilinən Şamaxı rayon sakini, əvvəllər oğurluğa görə məhkum olunmuş  Rəşad Əhmədov saxlanılıb.

Araşdırma aparılır.

Əvvəlki məqaləSözü imzası qədər keçərli olan LIDER
Növbəti məqalədəBinəqədidə “Narkotiksiz gələcək naminə!” mövzusunda tədbir keçirilib – FOTO