Binəqədidə mini-futbol üzrə turnir keçirilib – Foto

0
2032
Bakı şəhər Binəqədi Rayon İcra Hakimiyyətinin təşəbbüsü, Bakı Atıcılıq Mərkəzinin dəstəyi və Bakı Şəhər Gənclər və İdman İdarəsinin təşkilatçılığı Xocəsən qəsəbəsində “Sağlam məhəllə” idman zonasında “Heydər Əliyev İli”nə həsr olunmuş 8-ci sinif şagirdləri arasında mini-futbol üzrə Binəqədi rayon turniri keçirilmişdir.
Bineqedi.com saytına verilən məlumata görə, turnirdə 8 məktəbdən ümumilikdə 96 idmançı mübarizə aparıb. Turnirinin nəticəsinə əsasən 1-ci yeri 284 №-li tam orta məktəbin komandası, 2-ci yeri 217 №-li tam orta məktəbin komandası, 3-cü yeri 103 №-li tam orta məktəbin komandası tutmuşdur.
Qaliblərin mükafatlandırılması mərasimində BŞGİİ-nin Binəqədi rayonu üzrə gənclər və idman sektorunun müdiri Namiq Tarverdiyev və Binəqədi Rayon İcra Hakimiyyətinin Xocəsən qəsəbəsi üzrə icra nümayəndəsi Teyyub Abdullayev iştirak etmişdir.
Bineqedi.com
Əvvəlki məqaləValyutadəyişmədə bir müştəriyə 500 ABŞ dollarından artıq sata bilməzlər – YENİ QAYDALAR
Növbəti məqalədəBinəqədidə şəhid övladları üçün Yeni il şənliyi keçirilib – FOTO