Bakı şəhər Binəqədi Rayon İcra Hakimiyyətinin təşəbbüsü, Bakı Atıcılıq Mərkəzinin dəstəyi və Bakı Şəhər Gənclər və İdman İdarəsinin təşkilatçılığı Xocəsən qəsəbəsində “Sağlam məhəllə” idman zonasında “Heydər Əliyev İli”nə həsr olunmuş 8-ci sinif şagirdləri arasında mini-futbol üzrə Binəqədi rayon turniri keçirilmişdir.
Bineqedi.com saytına verilən məlumata görə, turnirdə 8 məktəbdən ümumilikdə 96 idmançı mübarizə aparıb. Turnirinin nəticəsinə əsasən 1-ci yeri 284 №-li tam orta məktəbin komandası, 2-ci yeri 217 №-li tam orta məktəbin komandası, 3-cü yeri 103 №-li tam orta məktəbin komandası tutmuşdur.
Qaliblərin mükafatlandırılması mərasimində BŞGİİ-nin Binəqədi rayonu üzrə gənclər və idman sektorunun müdiri Namiq Tarverdiyev və Binəqədi Rayon İcra Hakimiyyətinin Xocəsən qəsəbəsi üzrə icra nümayəndəsi Teyyub Abdullayev iştirak etmişdir.
Bineqedi.com



