Elxan Allahverdiyevin 8-ci mikrorayon sakinləri ilə səyyar qəbulu keçirildi – FOTO

0
3503
Binəqədi Rayon İcra Hakimiyyətinin başçısı Elxan Allahverdiyevin 8-ci mikrorayon sakinləri ilə səyyar qəbulu keçirildi.
Bineqedi.com saytına verilən məlumata görə, görüşdə YAP Binəqədi Rayon Təşkilatının sədri Vüsar İsmayılov, Rayon İcra Hakimiyyəti başçısının müavinləri Aparatın məsul şəxsləri, bələdiyyə, sahə inzibati ərazi dairəsi üzrə nümayəndəliyin, xidmət sahələrinin rəhbərləri iştirak edirdilər.
Rayon İcra Hakimiyyəti başçısı ölkə rəhbərinin tapşırıq və tövsiyələri əsasında respublikamızda aparılan sosial-iqtisadi islahatlar, əhalinin rifah halının yüksəlməsi istiqamətində görülən işlər barədə vətəndaşlara ətraflı məlumatlar verdi. Mikrorayon sakinləri bundan öncəki görüşlərdə qaldırılmış problemlərin müsbət həlli ilə bağlı dövlət başçısına öz təşəkkürlərini bildirdilər.
Daha sonra RİH başçısı Elxan Allahverdiyev görüşdə iştirak edən sakinlərin Azadlıq prospekti, 182/22 və 176/18 saylı binaların arasında qəzalı vəziyyətdə olan su xəttinin təmiri, İ.Dadaşov küçəsi, 71 saylı binanın həyətinin abadlaşdırılması, Ş.Məmmədova küçəsi, 4 saylı binanın arxa həyətində olan su xəttindəki qəzanın aradan qaldırılması, Ş.Məmmədova küçəsi, 15 saylı binada istilik sisteminin zəif olması, Ş.Məmmədova küçəsi, 11 saylı binanın qarşısında olan quru ağacın kəsilməsi, İ.Dadaşov küçəsi, 74 saylı binada liftin yenisi ilə əvəzlənməsi, istilik sisteminin olmaması və zirzəmidən suyun çəkilməsi, Azadlıq prospekti 194 ünvanında sıradan çıxmış asfalt örtüyünün bərpası və N.Nərimanov 81 ünvanında asfalt örtüyünün üzərinə quraşdırılmış sürət məhdudlaşdırıcısının (trampilin) təmiri, Dərnəgül metrosu ətrafında yerləşən dayanacaqlarda ödəniş terminalının quraşdırılması, Ş.Məmmədova küçəsi, 5 ünvanında istilik təchizatı ilə əlaqədar yaranan borcun dəqiqləşdirilməsi ilə bağlı müraciətlərini dinlədikdən sonra qaldırılan məsələlərin həlli istiqamətində müvafiq tədbirlərin görülməsi ilə əlaqədar aidiyyəti qurumlara müvafiq tapşırıqlar verdi.
Bineqedi.com
Bir 7 nəfər və mətn şəkili ola bilər
Əvvəlki məqaləBinəqədidə avtobusda oğurluq edən qadın saxlanıldı
Növbəti məqalədəPrezident: Azərbaycan COP29-da Şimal və Cənub arasında həmrəyliyə nail olmaq üçün səylərini əsirgəməyəcək