Bakıda marşrut avtobusunda oğurluq olub.
Bineqedi.com saytı xəbər verir ki, Daxili İşlər Nazirliyindən verilən məlumata görə, fevralın 12-də Hökməli qəsəbəsi ərazisində marşrut avtobusunda bir nəfərin içərisində 2500 manat pulu, qızıl-zinət əşyaları, bank kartları və sənədi olan çantası oğurlanıb.
Binəqədi rayon Polis İdarəsinin 40-cı Polis Bölməsi əməkdaşlarının keçirdikləri tədbirlərlə oğurluqda şübhəli bilinən qadın müəyyən olunaraq saxlanılıb.
Araşdırma aparılır.