Şəxs özü olmadan etibarnamə verilə bilərmi?

0
2123

Etibarnamə – bir şəxsin üçüncü şəxslər qarşısında digər şəxsə verdiyi vəkalət sənədidir. O, istənilən müddətə verilə bilər. Əgər etibarnamə sənədində müddət göstərilməyibsə, o zaman etibarnamə təsdiq edildiyi vaxtdan etibarən bir il müddətində yararlı hesab olunur.

Etibarnamə verməli olan vətəndaşları maraqlandıran bir sual var – bu sənədi verərkən etibarnamə alacaq şəxsin də notariusa yaxınlaşması mütləqdirmi?

Oxu.az-ın sorğusunu cavablandıran hüquqşünas Pərviz Məmmədovbildirib ki, bu halda etibar edilənin razılığı və ya iradə ifadəsi tələb edilmir.

“Əqdlər birtərəfli və ikitərəfli olur. İkitərəfli əqddə hər iki tərəfin iradə ifadəsi zəruri olduğu üçün müqavilə yazılı bağlanarkən də, notarial bağlanarkən də hər iki tərəfin iştirakı, yəni bilavasitə iradəsini ifadə etməsi tələb olunur.

Etibarnamədə isə etibar edənin iradəsi etibarnamənin qüvvəyə minməsi üçün kifayət edir. Etibar edilənin iradə ifadəsi və dolayısı ilə də iştirakı tələb edilmir”, – deyə hüquqşünas bildirib.

Əvvəlki məqaləPaytaxt meriyasının layihəsinə Binəqədi rayonu da qoşulur – Fotolar
Növbəti məqalədəƏDV ilə bağlı xəbərdarlıq! – Bu sayta daxil olmayın, yoxsa…