Antiterror əməliyyatı zamanı şəhid olan hərbi qulluqçuların məzarı ziyarət olunub – FOTO

0
3280
2023-cü il 19-20 sentyabr 24 saatlıq lokal xarakterli antiterror əməliyyatı Azərbaycan tarixinə qızıl hərflərlə yazıldı. Müzəffər Ali Baş Komandan İlham Əliyevin rəhbərliyi ilə Azərbaycan ordusunun Qarabağdakı separatçı rejimə və oradakı qeyri-qanuni erməni silahlı qüvvələrə qarşı apardığı 24 saatlıq lokal xarakterli antiterror əməliyyatı növbəti dəfə Azərbaycan dövlətinin möhtəşəm Zəfəri ilə nəticələndi. 1 günlük lokal xarakterli antiterror əməliyyatı Qarabağdakı qanunsuz erməni silahlı birləşmələrin təslim olmasına kifayət etdi.
Antiterror əməliyyatı zamanı ən uca Zirvə- Şəhidlik zirvəsinə ucalmış şəhidlərimiz- İsayev İsmayıl Çərkəz oğlunun və Mahmudov Seymur Elsevər oğlunun il mərasimi keçirilmişdir.
Mərasimdən öncə şəhidlərimizin məzarları ziyarət olunaraq ruhlarına dualar oxundu, məzarları üzərinə əklil və tər güllər düzüldü.
Bineqedi.com xəbər verir ki, ziyarətdə və mərasimdə şəhidlərimizin ailə üzvləri, yaxınları, Binəqədi Rayon İcra Hakimiyyəti başçısı Elxan Allahverdiyev, Yeni Azərbaycan Partiyası Binəqədi Rayon təşkilatının sədri Vüsar İsmayılov, Millət vəkili Kəmallədin Qafarov, Rayon İcra Hakimiyyəti başçısının birinci müavini Hacıbaba Babayev, hüquq-mühafizə orqanlarının rəhbərləri, RİH başçısı Aparatının şöbə müdirləri, Qəsəbə və sahə inzibati ərazi dairələri üzrə nümayəndələri, Binəqədi Rayon Mənzil-Kommunal Təsərrüfatı Birliyi və Bələdiyyələrin əməkdaşları iştirak edirdilər.
Mərasimdə şəhidlərimizin əziz xatirəsini yad edərək onların valideynlərinə və yaxınlarına ehtiramını bildirən Binəqədi Rayon İcra Hakimiyyəti başçısı Elxan Allahverdiyev bildirdi ki, 44 günlük Vətən müharibəsində güclü xalq, güclü dövlət və məğrur Ali Baş Komandanın birgə mübarizəsinin Qələbəni şərtləndirən əsas amil olduğunu qeyd etdi. 19 sentyabrda başlanan və 24 saat ərzində, ondan da az müddətdə həyata keçirilən lokal xarakterli antiterror əməliyyatları nəticəsində Azərbaycan ərazisində qanunsuz məskunlaşmış Ermənistan ordusu təslim oldu və Azərbaycan öz dövlət suverenliyini tam təmin etdi. Tarixi ədalət Azərbaycanın gücü və dəmir iradəsi ilə tam olaraq bərpa olundu.
Şəhidlərimizin ailə üzvləri onlara göstərilən diqqət və qayğıya görə Azərbaycan Respublikasının Prezidenti cənab İlham Əliyevə və Birinci vitse-prezident Mehriban xanım Əliyevaya dərin təşəkkürlərini bildirdilər.
Vətənimizin ərazi bütövlüyünün bərpası uğrunda canını fəda etmiş Şəhidlərimizin ruhu qarşısında baş əyir, onlara Uca Tanrıdan rəhmət diləyirik!
May be an image of 5 people and text
May be an image of 6 people, the Tomb of the Unknown Soldier and text
May be an image of 6 people and text
May be an image of 3 people and text
May be an image of 9 people and text
May be an image of 2 people and text
May be an image of 7 people and table
Əvvəlki məqaləElxan Allahverdiyevin Biləcəri qəsəbə sakinləri ilə səyyar qəbulu keçirilib – Foto
Növbəti məqalədəPolis Binəqədidə əməliyyat keçirdi – 40-dan çox şəxs saxlanıldı