Binəqədidə növbəti ağacəkmə aksiyası – Fotolar

0
3614

Binəqədidə növbəti ağacəkmə aksiyası keçirilib.

Bineqedi.com xəbər verir ki, aksiyada Binəqədi Rayon İcra Hakimiyyətinin başçısı Elxan Allahverdiyev, Yeni Azərbaycan Partiyası Binəqədi rayon təşkilatının sədri Vüsar İsmayılov, Rayon İcra Hakimiyyəti başçısının müavini və Aparatın əməkdaşları, millət vəkilləri, hüquq-mühafizə orqanlarının, təhsil, səhiyyə, mədəniyyət, idarə, müəssisə və təşkilatların rəhbərləri, Mənzil-Kommunal Təsərrüfat Birliyinin bələdiyyələrin, kollektivləri, rayon ictimaiyyətinin nümayəndələri iştirak edirdilər.

Aksiya çərçivəsində Biləcəri qəsəbəsi ərazisində 1500-dən çox həmişəyaşıl ağaclar əkilib. Əkilən ağaclar suvarılıb, onlara ilkin aqrotexniki qulluq göstərilib.

“Yaşıl dünya naminə həmrəylik ili” çərçivəsində cari mövsüm ərzində Binəqədi rayon ərazisində yaşıllıqların artırılması, onlara qulluq və abadlıq məqsədilə tədbirlərin davam etdirilməsi nəzərdə tutulur.

Bineqedi.com

May be an image of 4 people and tree





Əvvəlki məqalə“Hər il təxminən 60-70 məktəbi yenidən tikirik”
Növbəti məqalədəKorrupsioner Avropa Parlamentinin “ədaləti” – aqressiya və qərəz tükənmir – ŞƏRH