Bu gün paytaxtın Yasamal rayonunda kran obyektin üzərinə aşıb.
Bineqedi.com xəbər verir ki, bununla bağlı görüntülər Baku TV-nin teleqram kanalında paylaşılıb.
Hadisə nəticəsində evlərə, mağazalara və avtomobillərə ziyan dəyib.
Bu məlumat oxu.az-ın sorğusuna cavab olaraq Yasamal Rayon İcra Hakimiyyətindən verilib.
“Hadisə Hüseyn Cavid prospektində “Space” televiziyası ilə üzbəüz ərazidə Bakı Abadlıq Xidmətinin binalarda gördüyü abadlıq işləri zamanı baş verib. İş prosesində kran hansısa nasazlıq səbəbindən aşıb. Hadisə nəticəsində xəsarət alan olmayıb.
Bir minik avtomobilinə, üstünə boya tökülməklə, ziyan dəyib və kranın dəydiyi binanın yan hissəsi sürtünmədən zədələnib və ora da boya tökülüb. Başqa ciddi bir hal baş verməyib. Dəymiş ziyan işi görən qurum tərəfindən ödəniləcək”, – deyə məlumatda bildirilir.
Həmin görüntüləri təqdim edirik:

















