Azərbaycanda minimum pensiya artırılır

0
3002

“Gələn il Azərbaycanda minimum pensiya məbləğinin 270 manatdan artırılaraq 280 manat olacağı nəzərdə tutulur”.

Bineqedi.com xəbər verir ki, bunu maliyyə naziri Samir Şərifov Milli Məclisin İqtisadi siyasət, sənaye və sahibkarlıq komitəsinin bu gün keçirilən iclasında müzakirəyə çıxarılan “Azərbaycan Respublikasının 2025-ci il dövlət büdcəsi haqqında” qanun layihəsinə münasibət bildirərkən deyib.

“Sosial təminat xərcləri üçün dövlət büdcəsindən 4 milyard 812 milyon manat vəsait nəzərdə tutulub. Bu da 9.6% artım deməkdir”, – deyə nazir qeyd edib.

“Dövlət büdcəsindən 8 milyard 396 milyon manat müdafiə və təhlükəsizlik xərclərinə ayrılıb”.

“Sosialyönümlü xərclər 2025-ci il dövlət büdcəsində də əsas götürülüb. Prezidentin müvafiq tapşırığının icrası olaraq əməkhaqqı, pensiya, sosial müavinət xərcləri üçün 2025-ci ilin dövlət büdcəsində müvafiq məbləğdə vəsait nəzərdə tutulub. Yaşayış minimumu və ehtiyac meyarının 270 manatdan 285 manata çatdırılması nəzərdə tutulub. Bir sıra təqaüdlərin verilməsi üçün 1 943 milyon manat xərclər proqnozlaşdırılır”, – deyə nazir əlavə edib.

“Güzəştli ipoteka üçün dövlət büdcəsindən 100 milyon manat vəsait ayrılacaq”.

“Bu da güzəştli şərtlərlə mənzilin əldə edilməsinə kömək edəcək. Eyni zamanda, televiziya, radio, qəzetlər, siyasi partiyalar üçün 268 milyon manat vəsaitin ayrılması nəzərdə tutulub”, – deyə nazir qeyd edib.

Əvvəlki məqaləMeymunçiçəyi virusu yayılır: Azərbaycanda vəziyyət necədir?
Növbəti məqalədəGələn il minimum əməkhaqqı – 400 manat olacaq