Bakıda yeniyetmə oğlan itkin düşüb.
Bineqedi.com saytı lent.az-a istinadən xəbər verir ki, Binəqədi rayonu, 28 May qəsəbəsi, Oğuz küçəsində yaşayan 14 yaşlı Mehdi Xəyyam oğlu Əsgərov evdən çıxaraq, bir daha geri qayıtmayıb.
Bu barədə onun anası polisə müraciətində bildirib.
Hazırda müraciətlə əlaqədar Binəqədi Rayon Polis İdarəsinin 40-cı Polis Bölməsində araşdırma aparılır.
***
İkisi təqaüdçü olmaqla dörd nəfəri piramida şəbəkəsinə cəlb edən “Defanti Team” MMC-nin filial müdiri həbs edilib.
Fikrət Şakir oğlu Talıbov barəsində 2 aylıq həbs qətimkan tədbiri seçilib.
Fikrət Talıbov müştərilərə söz verib ki, ona verəcəkləri pulu şirkət vasitəsilə Rusiyada yerləşən restoranlara investisiya olaraq qoyacaq. Oradan gələn gəlirdən isə həm müştəri, həm də şirkət hər ay pul qazanacaq.
Bu niyyətlə zərərçəkmişlərin birindən 25 840, birindən 11 000, birindən 10 200, sonuncudan isə 3 400 manat alıb.
Onun əməlindən başqa əziyyət çəkənlərin də olduğu istisna edilmir. Hazırda Binəqədi Rayon Polis İdarəsində istintaq davam edir.
Aldanıb 25 mindən çox pulunu itirən zərərçəkmişin 70 yaşı var. Ahıl qadın şəhərdə təmizlikçi işləyir.