Binəqədi Rayon İcra Hakimiyyətinin başçısı Elxan Allahverdiyevin Xocəsən qəsəbə sakinləri ilə səyyar qəbulu keçirildi.
Bineqedi.com saytı xəbər verir ki, görüşdə Binəqədi Rayon İcra Hakimiyyəti başçısının müavinləri, Aparatın məsul şəxsləri, bələdiyyə, inzibati ərazi dairəsi üzrə nümayəndəliyin, xidmət sahələrinin rəhbərləri iştirak etdilər.
Rayon İcra Hakimiyyəti başçısı ölkə rəhbərinin tapşırıq və tövsiyələri əsasında respublikamızda aparılan sosial-iqtisadi islahatlar, əhalinin rifah halının yüksəlməsi istiqamətində görülən işlər barədə vətəndaşlara ətraflı məlumatlar verdi. Qəsəbə sakinləri bundan öncəki görüşlərdə qaldırılmış problemlərin müsbət həlli ilə bağlı dövlət başçısına öz təşəkkürlərini bildirdilər.
Daha sonra RİH başçısı Elxan Allahverdiyev görüşdə iştirak edən sakinlərin Bakı-Şamaxı yolunda avtobus dayanacağının yenidən quraşdırılması və “ANT inşaat”ın ərazisində əlavə məişət tullantıları konteynerlərinin yerləşdirilməsi, Qəhrəmanlar küçəsində (Bakı-Şamaxı yolu) piyada keçid zolağının çəkilməsi və həmin ünvanda mövcud işıq dirəklərində naqillərin təmiri, Doğru yol küçəsinə asfalt örtüyünün çəkilməsi, Şəhid Abbasov Murtuz Çingiz oğlunun yaşadığı küçəyə şəhidin adının verilməsi və həmin küçədə yolun bir hissəsinin qonşular tərəfindən zəbt olunması, Elçin Əzizov küçəsində yeni məktəbin tikintisi ilə əlaqədar yaranmış kanalizasiya probleminin aradan qaldırılması, Xocəsən dairəsində (Murad şadlıq sarayının qarşısında) işıqforun quraşdırılması və Universitet küçəsində mövcud işıq dirəklərində lampaların dəyişdirilməsi, Ruslan Allahverdiyev keçəsində yolun bir hissəsinin təmiri və 313 saylı məktəbin yeni korpusunda istilik probleminin həlli, Əskipara küçəsində sahibsiz heyvanların toplanması, Əskipara küçəsinin 1-ci döngəsində su və kanalizasiya borularının təmiri və həmin ünvanın bir hissəsində küçə işıqlarının quraşdırılması, Bələdiyyə küçəsi ilə R.Allahverdiyev küçəsinin kəsişməsinə asfalt örtüyünün çəkilməsi ilə bağlı müraciətlərini dinlədikdən sonra qaldırılan məsələlərin həlli istiqamətində müvafiq tədbirlərin görülməsi ilə əlaqədar aidiyyəti qurumlara müvafiq tapşırıqlar verdi.
Bineqedi.com