Binəqədi Rayon İcra Hakimiyyəti və Milli Hematologiya və Transfuziologiya Mərkəzi publik hüquq şəxsin təşkilatçılığı ilə Ə.D.Məlikov adına Binəqədi Tibb Mərkəzində qanvermə aksiyası keçirilib.
Bineqedi.com xəbər verir ki, aksiyanın keçirilməsində məqsəd talassemiya və irsi qan xəstəliyindən əziyyət çəkən vətəndaşların, eləcə də qana ehtiyacı olan digər xəstələrin qan ehtiyaclarının təmin olunmasına könüllü olaraq dəstək göstərməkdir.
Aksiyada Rayon İcra Hakimiyyəti başçısı Aparatının əməkdaşları, Rayon Polis İdarəsinin, Milli Aerokosmik Agentliyinin, Mənzil-Kommunal Təsərrüfat Birliyinin, rayonda fəaliyyət göstərən məktəbəqədər və orta ümumtəhsil müəssisələrinin, bələdiyyələrin, dövlət və özəl qurumların kollektivləri, İctimai birliklərin üzvləri, gənclər könüllü olaraq iştirak ediblər.
Azərbaycanın birinci vitse-prezidenti, Heydər Əliyev Fondunun prezidenti Mehriban xanım Əliyevanın təşəbbüsü ilə talassemiyadan əziyyət çəkən uşaqlara dəstək olmaq məqsədilə “Talassemiyasız həyat naminə” proqram çərçivəsində Binəqədi rayonunda baş tutan könüllü qanvermə aksiyasında Mərkəzi Qan Bankının tibbi briqadasının həkim-hemotoloqları tərəfindən hər bir donorun sağlamlığı öncədən müəyyən olunub.
Aksiyada yığılan qan ehtiyatı yoxlanılaraq talassemiya, hemofiliya və digər qan xəstəliklərindən əziyyət çəkən insanlar üçün istifadə olunacaq.
Bineqedi.com