Binəqədidə məşhur bəstəkar Corce Eneskunun adını daşıyan parkda rumın-Azərbaycan dostluğundan danışılıb

0
3587
Binəqədi rayonunda dahi rumın bəstəkarı, skripkaçı, dirijor və mahir musiqiçi Corce Eneskunun adını daşıyan parkda Rumıniyanın Milli Mədəniyyət Gününə həsr olunmuş tədbir keçirildi.
Bineqedi.com saytına verilən məlumata görə, tədbirdə Rumıniyanın ölkəmizdəki fövqəladə və səlahiyyətli səfiri Vasile Soare, Moldova Respublikasının Azərbaycan Respublikasındakı fövqəladə və səlahiyyətli səfiri Aleksandr Esaulenko, Binəqədi Rayon İcra Hakimiyyəti başçısının müavini Sevinc Süleymanova, Rayon İcra Hakimiyyəti başçısı Aparatının İctimai-siyasi və humanitar məsələlər şöbəsinin müdiri Nicat Allahverdiyev və şöbənin əməkdaşı Leyla Quliyeva, Rayon Bələdiyyəsinin sədri Mürsəl Eminov, Azərbaycan Yazıçılar Birliyinin nümayəndəsi, şair Səlim Babullaoğlu, Azərbaycan Dövlət Akademik Filarmoniyasının dirijoru Fəxriddin Kərimov və rayon ictimaiyyəti iştirak edirdilər.
Tədbirdə görkəmli rumın bəstəkarı Corce Eneskunun abidəsi önünə çiçəklər düzüldü və xatirəsi ehtiramla yad edildi.
Binəqədi Rayon İcra Hakimiyyəti başçısının müavini Sevinc Süleymanova qonaqları salamlayaraq,iki ölkə arasında olan dövlətlərarası əlaqələrindən, dostluq münasibətlərindən, xalqlarımızın bir-birinin mədəniyyətinə hörmətlə yanaşmalarından söhbət açdı.
Rumıniyanın Azərbaycandakı səfiri Vasile Soare çıxışında tədbirin Rumıniyanın xalq şairi Mihai Emineskunun anadan olmasının 175 illiyinə və bəstəkar Corce Eneskunun vəfatının 70 illliyinə təsadüf etdiyindən bəhs edərək, Rumıniya Mədəniyyət Gününün əhəmiyyətini iştirakçılara çatdırdı. Rumıniya səfiri Vasile Soare bu iki aparıcı nümayəndənin ədəbi və musiqi yaradıcılığının aspektlərinə toxunaraq, iki strateji tərəfdaş olan Azərbaycan və Rumıniya arasında münasibətlərin inkişafında mədəniyyətin rolunu vurğuladı.
Moldova Respublikasının səfiri Aleksandru Esaulenko rumın dilinin və mədəniyyətinin unikallığını qeyd edərək öz növbəsində dahi Eminesku və Enesku şəxsiyyətlərinin fəaliyyətlərindən söhbət açdı.
Dirijor Fəxrəddin Kərimov çıxışında Avropa musiqisinin incisi olan, bir çox musiqiçi və bəstəkarlar üçün ilham mənbəyi olan Enesku yaradıcılığının mürəkkəbliyini qeyd etdi.
Şair Səlim Babullaoğlu çıxışında Eminesku yaradıcılığının nə qədər zəngin və incə olmasından danışdı.
Bir 3 nəfər şəkili ola bilər
Bir 4 nəfər şəkili ola bilər
Bir 13 nəfər şəkili ola bilər
Bir 7 nəfər, Brandenburq qapısı və mətn şəkili ola bilər
Bir 5 nəfər, abidə və mətn şəkili ola bilər
Əvvəlki məqaləYeni dələduzluq üsulu yayılıb – Bu dəfə süni intellektlə