Binəqədidə “Güllə yağışı” abidəsi ziyarət edilib – FOTO

0
3272
Binəqədi rayonunda 20 Yanvar faciəsinin 35-ci ildönümü ilə əlaqədar Biləcəri qəsəbəsində yerləşən 20 Yanvar şəhidlərinin xatirəsinə inşa olunmuş parkda ucaldılmış “Güllə yağışı” abidəsi rayon ictimaiyyəti tərəfindən ziyarət edildi.
Bineqedi.com saytı xəbər verir ki, Binəqədi Rayon İcra Hakimiyyəti başçısı Elxan Allahverdiyev, Yeni Azərbaycan Partiyası Binəqədi rayon təşkilatının sədri Vüsar İsmayılov, millət vəkilləri-Kəmaləddin Qafarov, Azay Quliyev, Rasim Musabəyov, Elşad Musayev, Rayon İcra Hakimiyyəti başçısının müavinləri, RİH başçısı Aparatının əməkdaşları, hüquq-mühafizə orqanlarının məsul şəxsləri, 20 Yanvar Cəmiyyəti Binəqədi rayon şöbəsinin, Qeyri-Hökumət Təşkilatlarının üzvləri, şəhid ailələri, qazilər, təhsil, səhiyyə müəssisələrinin, bələdiyyələrin nümayəndələri “Güllə Yağışı” abidəsi önünə əklil və gül dəstələri qoyaraq, xalqımızın azadlığı yolunda canlarından keçən şəhidlərimizin xatirəsini dərin ehtiramla yad etdilər.
Bir 5 nəfər və mətn şəkili ola bilər
Bir 12 nəfər və mətn şəkili ola bilər
Bir 7 nəfər və mətn şəkili ola bilər
Bir ağac şəkili ola bilər
Bir 8 nəfər və mətn şəkili ola bilər
Əvvəlki məqalə20 Yanvar faciəsindən 35 il keçir
Növbəti məqalədəPrezident İlham Əliyev Şəhidlər xiyabanında – Foto