Binəqədidə qardan təmizlik işləri davam edir – Foto

0
2926
bineqedi-qar-yagdi-qar-bineqed-yollar-buz

İntensiv yağan qarın təmizlənməsi ilə əlaqədar paytaxt rayonlarının kommunal strukturları gücləndirilmiş iş rejimində çalışırlar.

Bineqedi.com saytına verilən məlumata görə, gecə və səhər saatlarında xidmətlərin xüsusi təyinatlı texnikası tərəfindən maili yerlərə, sürüşmə ehtimalı olan küçə və prospektlərə texniki duz səpilib.

Səhər tezdən kommunal xidmətlərin əməkdaşları, işlərə cəlb olunan əlavə işçi qüvvəsi tərəfindən avtobus dayanacaqları, piyada səkiləri, küçə boyunca ictimai-iaşə və digər obyektlərin, təhsil, səhiyyə və digər müəssisələrin qarşısının təmizlənməsi, buz bağlamış yerlərə duz səpilməsi və digər təmizlik işləri həyata keçirilir. Bununla əlaqədar paytaxtın müxtəlif ərazilərdə texniki duz toplanan məntəqələr yaradılıb. Təmizlik işləri gün ərzində davam edəcək.

Возможно, это изображение 17 человек и дорога

Возможно, это изображение 17 человек, снегоочиститель и текст

Возможно, это изображение 8 человек, снегоочиститель, дорога и улица

Əvvəlki məqaləBir hasarda onlarla sayğac quraşdırıla bilərmi? – VİDEO
Növbəti məqalədəBakıda lükə düşən gənc qızı vətəndaşlar xilas etdi – Video