Qəbul imtahanının ikinci mərhələsinin qeydiyyat tarixi məlum olub

0
2891
imtahan

I, II, III və IV ixtisas qrupları üzrə qəbulun II mərhələsinin 2-ci cəhd imtahanlarının vaxtı və qeydiyyat tarixi açıqlanıb.

Bineqedi.com xəbər verir ki, bu barədə Dövlət İmtahan Mərkəzi (DİM) məlumat yayıb.

Bildirilib ki, qəbul imtahanlarının II cəhdində iştirak etmək istəyən abituriyentlər 26 may-8 iyun tarixlərində DİM-in müvafiq internet səhifəsinə daxil olaraq qeydiyyatdan keçə bilərlər.

Qeyd olunub ki, II və III ixtisas qrupları üzrə 6 iyul, I və IV ixtisas qrupları üzrə 13 iyul, coğrafiya fənni üzrə əlavə imtahan isə 13 iyul tarixlərində qəbul imtahanının II mərhələsinin 2-ci cəhd imtahanı keçiriləcək.

Xatırladaq ki, ali təhsil müəssisələrinə qəbul imtahanının ikinci mərhələsinin birinci cəhdi II və III ixtisas qrupları üzrə mayın 25-də, I və IV qruplar üzrə isə iyunun 1-də keçiriləcək. İyunun 22-də isə III ixtisas qrupu üzrə həm DT, həm də TC altqrupunu seçən abituriyentlər üçün coğrafiya fənni üzrə əlavə imtahan baş tutacaq.

Əvvəlki məqaləBinəqədidə abadlıq-quruculuq işləri aparılır – Foto
Növbəti məqalədəBinəqədidə sahibkarın evinə silahlı basqında təqsirləndirilən şəxs hakim qarşısında