Binəqədidə “Müstəqilliyimiz Əbədidir!” adlı tədbir keçirilib – FOTO

0
2127
Binəqədi Ryaon İcra Hakimiyyəti və Rüstəm Əliyev adına 3 № li tam orta məktəbin birgə təşkilatçılığı ilə “Konstitusiya və Suverenlik İli” çərçivəsində 28 May-“Müstəqlillik Günü”nə həsr edilmiş “Müstəqilliyimiz Əbədidir!” adlı tədbir keçirildi.
Bineqedi.com  xəbər verir ki, tədbirdə Binəqədi Rayon İcra Hakimiyyəti başçısının müavini Sevinc Süleymanova, Rayon İcra Hakimiyyəti başçısı Aparatının İctimai-siyasi və humanitar məsələlər şöbəsinin müdiri Nicat Allahverdiyev və şöbənin əməkdaşı Leyla Quliyeva, Qarabağ müharibəsi veteranı, Ədliyyə general-mayoru, Azərbaycan Ağsaqqallar Şurasının İdarə Heyətinin üzvü, Binəqədi rayon Ağsaqqallar Şurasının sədri Akif Rəfiyev, Rüstəm Əliyev adına 3 nömrəli tam orta məktəbin direktoru Almaz Həsrət, məktəbin pedoqoji heyəti, şagirdlər və valideynlər iştirak edirdilər.
Tədbir ümummilli lider Heydər Əliyevin və torpaqlarımızın azadlığı, müstəqilliyi və suverenliyi uğrunda canlarından keçən şəhidlərimizin əziz xatirəsinin bir dəqiqəlik sükutla yad edilməsindən və Azərbaycan Respublikasının Dövlət Himninin səslənməsindən sonra açıq elan edildi.
Məktəbin direktoru Almaz Həsrət qonaqları salamlayaraq tədbir haqqında ətraflı məlumat verdi və iştirakçıları 28 May-“Müstəqlillik Günü” münasibətilə təbrik etdi.
Binəqədi Rayon İcra Hakimiyyəti başçısının müavini Sevinc Süleymanova çıxış edərək bildirdi ki, 1918-ci il mayın 28-də mürəkkəb siyasi hərbi şəraitdə yaşayan, tarixi, mədəniyyəti, dili, dini sıxışdırılan Azərbaycan xalqı özünün və Şərqin ilk demokratik, hüquqi, dünyəvi və parlamentli respublikasını yaratdı. Həmin dövrdə mürəkkəb siyasi şəraitdə yaranmış dövləti qoruyub saxlamaq mümkün olmadı. Bundan sonra ilk dəfə olaraq rəsmi qaydada üçrəngli bayrağımızı ümummilli lider Heydər Əliyev Naxçıvan Muxtar Respublikasının Ali Məclisinin sessiyasında rəsmi dövlət bayrağı kimi qaldırdı. Bununla da müstəqilliyə gedən yolun əsası qoyuldu. Ümummilli lider Heydər Əliyevin siyasi irsinin davamçısı, Prezident İlham Əliyev öz fəaliyyəti ilə Azərbaycanın müstəqillik dayaqlarını daha da möhkəmləndirib. Bu gün artıq ərazi bütövlüyümüz və suverenliyimiz bərpa olunub. Üçrəngli bayrağımız dövlətimizin gücünün və xalqımızın milli birliyinin nişanəsi kimi bütöv Azərbaycanda, dünyanın ən nüfuzlu beynəlxalq təşkilatlarında, mötəbər mərasimlərdə, ən yüksək zirvələrdə dalğalanır.
Qarabağ müharibəsi veteranı, Ədliyyə general-mayoru, Azərbaycan Ağsaqqallar Şurasının İdarə Heyətinin üzvü, Binəqədi rayon Ağsaqqallar Şurasının sədri Akif Rəfiyev çıxışında Azərbaycanın müstəqillik uğrunda apardığı mübarizədən söz açdı. Akif Rəfiyev bildirdi ki, müstəqillik asan qazanılmır və bu gün qürurla deyə bilərik ki, müstəqil Azərbaycanın dünyada tanınmasında ümummilli lider Heydər Əliyevin tarixi xidmətləri əvəzsizdir. Tarixi proseslər, hadisələr deməyə əsas verir ki, müstəqilliyin əldə edilməsi mürəkkəb bir proses olsa da onu qoruyub saxlamaq daha çətin və məsuliyyətli bir işdir. Ümummilli lider Heydər Əliyevin uzaqgörən siyasətini Azərbaycan Respublikasının Prezidenti cənab İlham Əliyev uğurla davam etdirir və ölkə başçısının rəhbərliyi ilə bu gün də ölkəmizdə demokratik, hüquqi, dünyəvi dövlət, vətəndaş cəmiyyəti quruculuğu prosesi, siyasi, iqtisadi və sosial islahatlar uğurla həyata keçirilir.
Tədbirin bədii hissəsində məktəbin şagirdləri Azərbaycan xalqının müstəqillik ruhunu əks etdirən kompozisiyalar təqdim etdilər. Şagirdlərin ifasında vətənpərvər mahnılar, şeirlər və teatrlaşdırılmış səhnəciklər səsləndi.
Sonda xatirə fotosu çəkildi.
Bineqedi.com
Bir 8 nəfər və mətn şəkili ola bilər
Bir 11 nəfər və kütlə şəkili ola bilər
Bir 2 nəfər, çiçək, platforma və mətn şəkili ola bilər
Bir 7 nəfər və mətn şəkili ola bilər
Bir 4 nəfər, dirndl və mətn şəkili ola bilər
Əvvəlki məqaləAzərbaycanda Müstəqillik Günü qeyd olunur
Növbəti məqalədəPrezident İlham Əliyevlə Ərdoğan Laçın hava limanının açılışını etdi – Video