Binəqədidə Silahlı Qüvvələr Günü münasibətilə tədbir keçirildi – FOTO

0
9895
Binəqədi rayon ərazisində yerləşən “N” saylı hərbi hissədə 26 İyun- “Azərbaycan Respublikası Silahlı Qüvvələri Günü” münasibətilə tədbir keçirildi.
Bineqedi.com saytı xəbər verir ki, tədbir ümummilli lider Heydər Əliyevin, ölkəmizin ərazi bütövlüyü, müstəqilliyi, suverenliyi uğrunda canından keçmiş şəhidlərimizin əziz xatirəsinin bir dəqiqəlik sükutla yad edilməsindən və Azərbaycan Respublikasının Dövlət Himninin səslənməsindən sonra açıq elan olundu.
Tədbirdə çıxış edənlər-Binəqədi Rayon İcra Hakimiyyəti başçısı Aparatının İctimai-siyasi və humanitar məsələlər şöbəsinin baş məsləhətçisi İlqar Pənahov, Binəqədi qəsəbə bələdiyyəsinin nümayəndəsi Fərhad Əliyev hərbi hissənin şəxsi heyətini bu əlamətdar gün münasibətilə təbrik edərək, milli ordunun yaranma tarixi və keçdiyi şərəfli yoldan, ümummilli lider Heydər Əliyevin ordu quruculuğu, eləcə də milli təhlükəsizlik siyasəti ilə bağlı başladığı işlərdən, ordu quruculuğuna göstərilən dövlət qayğısından, Azərbaycan Respublikasının Prezidenti cənab İlham Əliyevin rəhbərliyi altında rəşadətli ordumuzun 44 günlük Vətən müharibəsində dünyanı heyrətə salan şanlı qələbəsindən söhbət açdılar.
Tədbir Binəqədi Mərkəzi Mədəniyyət Evinin solistlərinin ifasında konsert proqramı ilə davam etdi.
Bineqedi.com
Возможно, это изображение 2 человека и текст
Возможно, это изображение 1 человек и танцует
Возможно, это изображение 1 человек, кларнет и текст
Возможно, это изображение 4 человека
Возможно, это изображение 4 человека и люди танцуют
Bir 4 nəfər şəkili ola bilər
Возможно, это изображение 15 человек и текст
Əvvəlki məqaləElxan Allahverdiyevin M.Ə.Rəsulzadə qəsəbə sakinləri ilə səyyar qəbulu keçirilib – FOTO
Növbəti məqalədəBinəqədi Rayon İcra Hakimiyyətində vətəndaşların fərdi qəbulu keçirilib – FOTO