Elxan Allahverdiyevin M.Ə.Rəsulzadə qəsəbə sakinləri ilə səyyar qəbulu keçirilib – FOTO

0
11071
Binəqədi Rayon İcra Hakimiyyətinin başçısı Elxan Allahverdiyevin M.Ə.Rəsulzadə qəsəbəsinin sakinləri ilə səyyar qəbulu keçirildi.
Bineqedi.com saytı xəbər verir ki, görüşdə Yeni Azərbaycan Partiyası Binəqədi rayon təşkilatının sədri Vüsar İsmayılov, Rayon İcra Hakimiyyəti başçısının 1-ci müavini Hacıbaba Babayev, Aparatın məsul şəxsləri, bələdiyyə, inzibati ərazi dairəsi üzrə nümayəndəliyin, xidmət sahələrinin rəhbərləri iştirak etdilər.
Rayon İcra Hakimiyyəti başçısı ölkə rəhbərinin tapşırıq və tövsiyələri əsasında respublikamızda aparılan sosial-iqtisadi islahatlar, əhalinin rifah halının yüksəlməsi istiqamətində görülən işlər barədə vətəndaşlara ətraflı məlumatlar verdi. Qəsəbə sakinləri bundan öncəki görüşlərdə qaldırılmış problemlərin müsbət həlli ilə bağlı dövlət başçısına öz təşəkkürlərini bildirdilər.
Daha sonra RİH başçısı Elxan Allahverdiyev görüşdə iştirak edən sakinlərin M.Davudoğlu küçəsi 72 və 74 ünvanında tut ağacının budanması və dezinfeksiya olunması, Q.Hacıbababəyov küçəsində dayanacaq pavilyonun sərnişinlər üçün uyğunlaşdırılması, Göydələn küçəsində su axıntısının qarşısının alınması, Z.Qəmbərov küçəsində “AzərEnerji ASC” tərəfindən aparılan qazıntı işlərindən sonra asfalt örtüyünün və səkilərin bərpası, İ.Hacıyev küçəsində təmizlik işlərinin aparılması ilə əlaqədar aidiyyəti qurumlara müvafiq tapşırıqlar verdi.
Bineqedi.com
Bir 8 nəfər və kostyum şəkili ola bilər
Bir 10 nəfər və mətn şəkili ola bilər
Bir 10 nəfər şəkili ola bilər
Bir 9 nəfər şəkili ola bilər
Bir 8 nəfər şəkili ola bilər
Əvvəlki məqaləPrezident İlham Əliyevin rəhbərliyi ilə tarix yazan Azərbaycan Ordusu – 107 yaşlı qürur mənbəyimiz – ŞƏRH
Növbəti məqalədəBinəqədidə Silahlı Qüvvələr Günü münasibətilə tədbir keçirildi – FOTO