Quyuya düşən şəxsin kimliyi bilindi – Video

0
9886
su-quyusu-bel-qebir-qetl

Paytaxtın Binəqədi rayonu, Baksol yolu adlanan ərazidə “Lyuk”a düşən kişinin kimliyi məlum olub.

Bineqedi.com xəbər verir ki, ehtimal olunur ki, 27 yaşlı Cümşüd Cümşüdlü ərazidən keçərkən yolda çökmə baş verib və onun ayağı sürüşüb.

Ərazidə işləyənlər isə bildirir ki, kanalizasiya quyusu illərdir bu küçədədir.

İtkin düşən gəncin yaxınları deyir ki, Cümşüd Cümşüdlü  srağagün axşam saatlarında evdə olub. Ona zəng gəlib və marketə düşmək adı ilə evdən çıxıb. Ondan sonra Cümşüddən xəbər ala bilməyib polisə müraciət ediblər.

Qeyd edək ki, hadisənin iyunun 26-sı baş verdiyi bilinir. Axtarış-xilasetmə işləri hələ də davam etdirilir.

Ətraflı “Xəzər Xəbər”in videomaterialında:

 

Əvvəlki məqaləRusiyada OMON-çuların öldürdüyü azərbaycanlıların qohumu: “Xüsusi işgəncələr verilib” – ÖZƏL
Növbəti məqalədəRusiyada öldürülən qardaşların cənazələrinin Bakıya gətirilməsi ilə bağlı XİN-dən AÇIQLAMA