Binəqədi Rayon İcra Hakimiyyətinin başçısı Elxan Allahverdiyevin 6-cı mikrorayon sakinləri ilə səyyar qəbulu keçirildi.
Bineqedi.com xəbər verir ki, görüşdə Yeni Azərbaycan Partiyası Binəqədi Rayon Təşkilatının sədri Vüsar İsmaylov, Rayon İcra Hakimiyyəti başçısının müavini Sevinc Süleymanova, Aparatın məsul şəxsləri, bələdiyyə, inzibati ərazi dairəsi üzrə nümayəndəliyin, xidmət sahələrinin rəhbərləri iştirak etdilər.
Rayon İcra Hakimiyyəti başçısı ölkə rəhbərinin tapşırıq və tövsiyələri əsasında respublikamızda aparılan sosial-iqtisadi islahatlar, əhalinin rifah halının yüksəlməsi istiqamətində görülən işlər barədə vətəndaşlara ətraflı məlumatlar verdi. Mikrorayon sakinləri bundan öncəki görüşlərdə qaldırılmış problemlərin müsbət həlli ilə bağlı dövlət başçısına öz təşəkkürlərini bildirdilər.
Daha sonra RİH başçısı Elxan Allahverdiyev görüşdə iştirak edən sakinlərin Mir Cəlal küçəsi 43 və 45 saylı binaların həyətində yerləşən ağaclara aqrotexniki qulluğun göstərilməsi, Mir Cəlal küçəsi 3 ünvanında zirzəmidə çirkab suların axıntısının qarşısının alınması məqsədilə kanalizasiya xəttlərinin əsaslı təmiri, Svetlana Məmmədova küçəsi 209 ünvanında mövcud işıq dirəklərində lampaların dəyişdirilməsi, Həmzə Babaşov küçəsində sahibsiz heyvanların yığışdırılması, Mir Cəlal küçəsində qaraj tikilməsi məqsədilə torpaq sahəsinin ayrılması, Üzeyir Hacıbəyov küçəsi 2/10 ünvanında kanalizasiya xəttinin yuyulması, İ. Cümşüdov küçəsi 15 ünvanında oturacaqların yerləşdirilməsi ilə bağlı köməkliyin göstərilməsi ilə əlaqədar aidiyyəti qurumlara müvafiq tapşırıqlar verdi.
Bineqedi.com






