Cərimələrə güzəşt olunacaq – Prezident təsdiqlədi

0
9943
pensiya-manat

İnzibati xətalara görə cəriməni 10 günə ödəyənlər məbləğin 10%-dən azad ediləcək.

Bineqedi.com xəbər verir ki, bu, Prezident İlham Əliyevin təsdiqlədiyi İnzibati Xətalar Məcəlləsinə edilən dəyişiklikdə öz əksini tapıb.

Dəyişikliyə görə, inzibati cərimə növündə inzibati tənbeh vermə haqqında səlahiyyətli orqanın (vəzifəli şəxsin) qərarı qüvvəyə mindiyi gündən 10 gün müddətində icra edilərsə, tətbiq olunan cərimənin 10 faizi məbləğində ödənişdən azadolma tətbiq ediləcək.

Cərimələrin vaxtında ödənilməsini təşviq etmək, gecikmələrin qarşısını almaq məqsədilə Məcəlləyə əlavə edilən 150.1-1-ci maddəyə əsasən, bütün inzibati xətalara görə inzibati cərimə növündə inzibati tənbeh vermə haqqında səlahiyyətli orqanın (vəzifəli şəxsin) qərarı qüvvəyə mindiyi gündən 10 gün müddətində icra edilərsə, tətbiq olunan cərimənin 10 faizi məbləğində ödənişdən azadolma tətbiq ediləcək.

Qeyd edək ki, dəyişiklikdən əvvəl inzibati cəriməni 5 günə ödəyənlər məbləğin 10%-dən azad edilirdi. Bu müddət uzadılaraq 10 günə qaldırılıb.

Azərbaycan ərazisində təyinatından asılı olmayaraq yerinə yetirilən bütün növ geodeziya, qravimetriya, topoqrafiya, kartoqrafiya və kadastr işlərində yeni koordinat sistemi tətbiq ediləcək.

Bununla bağlı Prezident İlham Əliyev Sərəncam imzalayıb.

Sərəncama əsasən, bütün növ geodeziya, qravimetriya, topoqrafiya, kartoqrafiya, kadastr işlərində UTM-ə (xəritə proyeksiyası) əsaslanan WGS-84 (beynəlxalq koordinat sistemi) tətbiq ediləcək.

Həmçinin digər geodeziya koordinat sistemləri ilə icrasına başlanılan və tamamlanmayan layihələr üzrə yerinə yetirilən geodeziya, qravimetriya, topoqrafiya, kartoqrafiya və kadastr işləri başa çatanadək həmin koordinat sistemlərinin tətbiqi davam etdiriləcək.

Əvvəlki məqaləXadimələrə maşınını yudurdan Esmira Məmmədova işdən ÇIXARILDI
Növbəti məqalədəElxan Allahverdiyevin 6-cı mikrorayon sakinləri ilə səyyar qəbulu keçirilib – FOTO