Binəqədidə “KamAZ” avtomobilin üzərinə aşdı – Ölənlər var

0
9117
kamaz-vaz-qeza-avariya-bineqedi

Bakının Binəqədi rayonu Biləcəri qəsəbəsi ərazisində ağır yol-nəqliyyat hadisəsi baş verib. 

Səhər saatlarında hərəkətdə olan “KamAZ” markalı yük maşını idarəetmədən çıxaraq minik avtomobilinin üzərinə aşıb.

Hadisə nəticəsində ölənlərin olduğu bildirilir.

***

Hadisə ilə bağlı FHN məlumat yayıb. Bildirilib ki, nazirliyin “112” qaynar telefon xəttinə paytaxtın Binəqədi rayonu, Biləcəri qəsəbəsi ərazisində yol-nəqliyyat qəzasının baş verməsi və vətəndaşların avtomobildə sıxılı vəziyyətdə qalması barədə məlumat daxil olub.

Məlumatla əlaqədar hadisə yerinə dərhal FHN-in Dövlət Yanğından Mühafizə və Xüsusi Riskli Xilasetmə xidmətlərinin, Bakı Regional Mərkəzinin qüvvələri cəlb edilib. Əlavə məlumat veriləcək.oxu.az

 


 

Əvvəlki məqaləCeyranbatanda quldurluq, Binəqədidə soyğunçuluq edən şəxs saxlanılıb
Növbəti məqalədəElxan Allahverdiyevin M.Ə.Rəsulzadə qəsəbə sakinləri ilə səyyar qəbulu keçirilib – FOTO