Ceyranbatanda quldurluq, Binəqədidə soyğunçuluq edən şəxs saxlanılıb

0
9110
bineqedi-polis-qadaga-karantin

Abşeron rayonunda quldurluq cinayəti qeydə alınıb. Ceyranbatan qəsəbəsində naməlum şəxs gecə saatlarında zərərçəkəni kəsici alətlə hədələyərək içərisində mobil telefon və 270 manat olan çantasını ələ keçirib.

Bineqedi.com xəbər verir ki, Daxili İşlər Nazirliyinin mətbuat xidmətindən verilən məlumata görə, polis əməkdaşları tərəfindən həyata keçirilən əməliyyat-axtarış tədbiri nəticəsində cinayət əməlini törətməkdə şübhəli bilinən 21 yaşlı Z. Camalov saxlanılıb.

Araşdırmalar zamanı həmin şəxsin bir neçə gün əvvəl Binəqədi rayonunda vətəndaşların birinin içərisində qızıl-zinət əşyası, mobil telefon və pul olan çantasını soyğunçuluq yolu ilə taladığı müəyyən edilib.

Faktlarla bağlı araşdırmalar davam etdirilir.

Əvvəlki məqaləPrezident İlham Əliyev yol çəkilişi üçün iki milyon manat ayırdı
Növbəti məqalədəBinəqədidə “KamAZ” avtomobilin üzərinə aşdı – Ölənlər var