Elxan Allahverdiyevin 7-ci mikrorayon sakinləri ilə səyyar qəbulu keçirilib – FOTO

0
11021

Binəqədi Rayon İcra Hakimiyyətinin başçısı Elxan Allahverdiyevin 7-ci mikrorayon sakinləri ilə səyyar qəbulu keçirildi.

Bineqedi.com saytı xəbər verir ki, görüşdə Yeni Azərbaycan Partiyası Binəqədi rayon təşkilatının sədri Vüsar İsmayılov, Rayon İcra Hakimiyyəti başçısının müavinləri, Aparatın məsul şəxsləri, bələdiyyə, inzibati ərazi dairəsi üzrə nümayəndəliyin, xidmət sahələrinin rəhbərləri iştirak etdilər.

Rayon İcra Hakimiyyəti başçısı ölkə rəhbərinin tapşırıq və tövsiyələri əsasında respublikamızda aparılan sosial-iqtisadi islahatlar, əhalinin rifah halının yüksəlməsi istiqamətində görülən işlər barədə vətəndaşlara ətraflı məlumatlar verdi. Mikrorayon sakinləri bundan öncəki görüşlərdə qaldırılmış problemlərin müsbət həlli ilə bağlı dövlət başçısına öz təşəkkürlərini bildirdilər.

Daha sonra RİH başçısı Elxan Allahverdiyev görüşdə iştirak edən sakinlərin A.Kunanbayev küçəsində kapital bonkamantının quraşdırılması, Azərbaycan Beynəlxalq Universitetinin qarşısında su axıntısının qarşısının alınması, A.Kunanbayev küçəsində tut ağaclarının həşəratlara qarşı dezinfeksiya olunması, A.Kunanbayev küçəsi 6 saylı binanın qarşısında olan quru ağacın kəsilməsi, F.Məlikov 4 ünvanında kanalizasiya xətlərinin tez-tez tutulması, F.Məlikov küçəsində  sahibsiz heyvanların yığışdırılması, S.S.Axundov küçəsi 5 saylı binanın qarşısında Azərsu tərəfindən sıradan çıxmış asfalt örtüyünün bərpa olunması, A.Kunanbayev 16 ünvanında yerləşən parkda işıq dirəklərində lampaların dəyişdirilməsi ilə bağlı köməkliyin göstərilməsi ilə əlaqədar aidiyyəti qurumlara müvafiq tapşırıqlar verdi.

Əvvəlki məqalə“Artıq şagirdlər dərs vaxtı telefondan istifadə edə bilməyəcək”
Növbəti məqalədəAzərbaycan Prezidenti: “Qarabağda və Zəngəzurda gedən quruculuq dünyanın heç bir yerində yoxdur”