Binəqədidə süd məhsullarının emalı müəssisəsinin qanunsuz fəaliyyət göstərdiyi aşkarlanıb

0
9095

Azərbaycan Qida Təhlükəsizliyi Agentliyinin əməkdaşları daxil olan müraciət əsasında Bakı şəhəri, Binəqədi rayonu, M.Ə.Rəsulzadə qəsəbəsində fəaliyyət göstərən, fiziki şəxs Asif Yusif oğlu Qurbanova məxsus süd məhsullarının emalı müəssisəsində yoxlama aparıblar.

Bineqedi.com xəbər verir ki, Agentliyin İnformasiya təminatı və innovativ həllər şöbəsindən verilən məlumata görə, yoxlama zamanı emal müəssisəsinin qida təhlükəsizliyi qeydiyyatından keçmədən fəaliyyət göstərdiyi məlum olub.

Müəssisədə süd məhsullarının saxlanma şəraitinə əməl edilmədiyi, mütəmadi olaraq təmizlik işlərinin görülmədiyi, yuma sahəsində tullantı və digər materialların saxlanıldığı, temperatura nəzarət cihazının yerləşdirilmədiyi və digər nöqsanlar aşkarlanıb. Həmçinin anbarda keyfiyyət və təhlükəsizliyinə dair müşayiətedici sənədləri, etiket və markalanması olmayan şor, dovğa, xama, kəsmik məhsulları aşkarlanıb və həmin məhsullardan nümunələr götürülərək müayinələrə cəlb olunub.

Faktla bağlı nöqsanlar aradan qaldırılanadək müəssisənin fəaliyyəti məhdudlaşdırılıb, rəhbərliyi barəsində inzibati protokol tərtib edilib.

Araşdırmalar davam etdirilir.

Binəqədidə süd məhsullarının emalı müəssisəsinin qanunsuz fəaliyyət göstərdiyi aşkarlanıb - AZƏRTAC

Binəqədidə süd məhsullarının emalı müəssisəsinin qanunsuz fəaliyyət göstərdiyi aşkarlanıb - AZƏRTAC

Əvvəlki məqaləBinəqədidəki yanğında xəsarət alan gənc xəstəxanada öldü
Növbəti məqalədəRenkli sembollerle dolu Sweet Bonanza seni cezbediyor