Elxan Allahverdiyevin 7-ci mikrorayon sakinləri ilə səyyar qəbulu keçirilib – FOTO

0
11019
Binəqədi Rayon İcra Hakimiyyətinin başçısı Elxan Allahverdiyevin 7-ci mikrorayon sakinləri ilə səyyar qəbulu keçirildi.
Bineqedi.com saytı xəbər verir ki, görüşdə Rayon İcra Hakimiyyəti başçısının müavinləri, Aparatın məsul şəxsləri, bələdiyyə, inzibati ərazi dairəsi üzrə nümayəndəliyin, xidmət sahələrinin rəhbərləri iştirak etdilər.
Rayon İcra Hakimiyyəti başçısı ölkə rəhbərinin tapşırıq və tövsiyələri əsasında respublikamızda aparılan sosial-iqtisadi islahatlar, əhalinin rifah halının yüksəlməsi istiqamətində görülən işlər barədə vətəndaşlara ətraflı məlumatlar verdi. Mikrorayon sakinləri bundan öncəki görüşlərdə qaldırılmış problemlərin müsbət həlli ilə bağlı dövlət başçısına öz təşəkkürlərini bildirdilər.
Daha sonra RİH başçısı Elxan Allahverdiyev görüşdə iştirak edən sakinlərin A.Kunanbayev 18 a saylı ünvanda asfalt örtüyünün vurulması, A.Kunanbayev 4/17 saylı binadakı liftlərin dəyişdirilməsi, A.Kunanbayev 3 saylı binanın qarşısındakı quru ağacın götürülməsi, A.Kunanbayev küçəsi 11a saylı binanın 2-ci girişində navalçanın bərpası, F.Məlikov küçəsi 2v ünvanında söhbətgahlara oturacağın qoyulması, Hacıoğlu sirniyyat evi ilə üzbəüz dayanacaqda ağacın budanması və vətəndaşa ayaq üçün korset verilməsinə köməklik göstərilməsi, S.S.Axundov küçəsi (Tayqa marketlə kəsişmə) istiqamətində piyada keçidinin qoyulması, 283 saylı məktəbin həyətində və ətrafında sahibsiz heyvanların ərazidən topanması ilə bağlı köməkliyin göstərilməsi ilə əlaqədar aidiyyəti qurumlara müvafiq tapşırıqlar verdi.
Bineqedi.com
Bir bir və ya daha çox şəxs, dərs oxuyan insanlar və klarnet şəkili ola bilər
Bir bir və ya daha çox şəxs və klarnet şəkili ola bilər
Bir bir və ya daha çox şəxs və mətn şəkili ola bilər
Bir bir və ya daha çox şəxs və mətn şəkili ola bilər
Bir bir və ya daha çox şəxs və mətn şəkili ola bilər
Bir bir və ya daha çox şəxs və mətn şəkili ola bilər
Əvvəlki məqalə“Bütün növ pensiyalar artırılacaq”
Növbəti məqalədəBinəqədidə 49 yaşlı qadın qidadan zəhərlənərək ölüb? – AQTA-dan AÇIQLAMA