Elxan Allahverdiyevin Binəqədi qəsəbə sakinləri ilə səyyar qəbulu keçirildi – FOTO

0
10988
Binəqədi Rayon İcra Hakimiyyətinin başçısı Elxan Allahverdiyevin Binəqədi qəsəbə sakinləri ilə səyyar qəbulu keçirildi.
Bineqedi.com xəbər verir ki, görüşdə Rayon İcra Hakimiyyəti başçısının müavini, Aparatın məsul şəxsləri, bələdiyyə, inzibati ərazi dairəsi üzrə nümayəndəliyin, xidmət sahələrinin rəhbərləri iştirak etdilər.
Rayon İcra Hakimiyyəti başçısı ölkə rəhbərinin tapşırıq və tövsiyələri əsasında respublikamızda aparılan sosial-iqtisadi islahatlar, əhalinin rifah halının yüksəlməsi istiqamətində görülən işlər barədə vətəndaşlara ətraflı məlumatlar verdi. Qəsəbə sakinləri bundan öncəki görüşlərdə qaldırılmış problemlərin müsbət həlli ilə bağlı dövlət başçısına öz təşəkkürlərini bildirdilər.
Daha sonra RİH başçısı Elxan Allahverdiyev görüşdə iştirak edən sakinlərin Binəqədi qəsəsəbəsi, Cahan küçəsi ev 59/A ünvanında ağacın budanması, A.İsfahani küçəsində mövcud işıq dirəklərində lampaların dəyişdirilməsi, Ələsgər Cavadov küçəsində yol örtüyünün bir hissəsinin bərpası, Qız qalası küçəsində kanalizasiya xəttinin təmiri, 10 may küçəsi döngə 10 ünvanında yolun abadlaşdırılması, Mətbubat küçəsində (205 saylı tam orta məktəbin ətrafı) sahibsiz küçə heyvanlarının ərazidən kənarlaşdırılması, G.Ramazanov küçəsində (Mərkəzi Mədəniyyət evinin yanı) avtobus dayanacağının yerinin dəyişdirilməsi ilə əlaqədar aidiyyəti qurumlara müvafiq tapşırıqlar verdi.
Bir bir və ya daha çox şəxs, platforma və mətn şəkili ola bilər
Bir platforma şəkili ola bilər
Bir bir və ya daha çox şəxs və mətn şəkili ola bilər
Bir bir və ya daha çox şəxs və platforma şəkili ola bilər
Əvvəlki məqaləMinimum əməkhaqqı ilə bağlı yenilik gözlənilir